2016-02-10 09:15:11 | AKTUAL
Serj Sarkisyanın dindirilməsi tələb olunub

Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts Ermənistanın Baş Prokurorluğuna müraciət edərək 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktına dair iş üzrə prezident Serj Sarkisyanın dindirilməsini tələb edib

APA-nın “1in.am”-a istinadən verdiyi xəbərə görə, ötən gün “Respublika” partiyasının rəhbəri Aram Sarqsyan yerli telekanalların efirində 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktını şərh edərkən bildirib ki, Sarkisyan vaxtilə ona qeyd olunan cinayətin təşkilatçısının kim olduğunu nə vaxtsa açıqlayacağını etiraf edib.  Artur Sakuntsun sözlərinə görə, S.Sarkisyan nəticəsiz qala bilməyən çox mühüm faktı qeyd edib.  
 “Bu bəyanata əsasən, dövlətin əsas rəsmi yüksəkvəzifəli şəxsi cinayət barədə məlumatı gizlədib, bu isə cinayət məsuliyyətinə cəlb etmək üçün əsas verir.
Bu, iş üzrə yeni faktın üzə çıxmasıdır və baş prokuror bu bəyanatın araşdırılmasına və Serj Sarkisyanın dərhal dindirilməsinə dair Milli Təhlükəsizlik Xidmətinə göstəriş verməyə borcludur. Bundan başqa, məsələ ilə bağlı parlamentdə xüsusi toplantı çağırılmalıdır və Sarkisyan parlament qarşısında izahat verməlidir”, deyə Artur Sakunts bildirib.
 Qeyd edək ki, Serj Sarkisyanın dindirilməsinə dair tələb Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri adından artıq Ermənistanın Baş Prokurorluğuna göndərilib. 

 

 

Baxış sayı : 1683
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir