2021-06-20 07:45:17 | TƏDQİQATLAR-ANALITIKA
Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Bağırov Orxanın “Yeni Zəngəzur dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq” adlanan məqaləsi "Eurasia Review" nəşri tərəfindən çap edilib.

Məqalədə əsas diqqət Zəngəzur dəhlizinin region ölkələri üçün yaratdığı imkanlara və üstünlüklərə yönəldilib. İlk olaraq Ermənistanın özünün işğal nəticəsində qarşılaşdığı iqtisadi problemlər diqqətə çatdırılıb və göstərilib ki, işğaldan ən böyük iqtisadi zərər görən Ermənistanın özü olub. Buna baxmayaraq Ermənistanda mövcud olan hakimiyyətlər sülh danışıqlarını imitasiya edərək işğalı uzatmağa çalışıb. Qeyd olunur ki, belə olan vəziyyətdə Azərbaycan işğala hərbi yolla son qoymaq məcburiyyətində qalıb və İkinci Qarabağ Müharibəsində Ermənistan qoşunlarını öz ərazisindən çıxarıb.

Daha sonra məqalədə İkinci Qarabağ Müharibəsinin bitməsinə səbəb olan 10 noyabr razılaşmasının yaratdığı iqtisadi imkanlara toxunulub və regionda iqtisadi əlaqələrin bərpasının və Zəngəzur Koridorunun açılmasının Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan üçün yaratdığı imkanlar və üstünlüklər diqqətə çatdırılıb.

Bununla yanaşı göstərilib ki, Ermənistanda milliyətçi qüvvələr Zəngəzur dəhlizinin Ermənistan üçün geniş imkanlar yaratmasına baxmayaraq ona qarşı çıxış edir və koridorun Ermənistanın milli maraqlarına xidmət etmədiyini vurğulayırlar: "Lakin bəzi erməni mütəxəssislər isə hələ İkinci Qarabağ Müharibəsindən əvvəl Zəngəzur Koridorunun Ermənistan üçün faydalı olduğunu və açılmasının vacib olduğunu qeyd edib.

Sonda isə qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması bütün region ölkələri, həmçinin Ermənistan üçün geniş imkanlar açacaq: Son 30 il sübut etdi ki, qonşulara qarşı ərazi iddiaları sosial-iqtisadi problemlərin yaranmasına yol açmaqla yanaşı regional əməkdaşlıq imkanlarından tam istifadə etməyə imkan yaratmır. Hazırda isə Ermənistan özünün iqtisadi problemlərini həll etmək imkanı əldə edib. Ona görə də Ermənistan Zəngəzur koridoruna qarşı çıxış edərsə, bu onun üçün ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda Ermənistan koridorun açılmasına qarşı gedərsə, o zaman həm özünün əsas iqtisadi tərəfdaşı olan Rusiyanın, həm də Türkiyənin maraqlarına qarşı getmiş olacaq. Bu faktorlar onu göstərir ki, hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq Ermənistan iqtisadi əlaqələrin bərpasına və Zəngəzur dəhlizinin açılmasına qarşı gedə bilməz. Çünki bu Ermənistanın iqtisadi baxımdan sağ qalması üçün yeganə yoldur".

Baxış sayı : 536
Mətbuat Şurasının yeni sədri: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq” Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI