2021-06-18 14:15:57 | QHT VƏ MEDİA
Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər

1991-ci il avqustun 7-nə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in fəaliyyətdə olan sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar.

Müraciətdə bildirilir ki, Ermənistanda azərbaycanlıların tərk etdiyi sonuncu kənd - Nüvədi kəndinin sakinləri dünya birliyindən doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunmasını istəyirlər.

Nüvədi sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqlarını bildiriblər.

Qeyd olunub ki, bütün insan hüquqları sənədləri - 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir.

Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarına, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər.

Müraciət 452 ailə adından hər birinin imzaları və müvafiq sübutlarla 55 vərəqdə təqdim edilib. Müraciəti Nüvədi kəndinin ən yaşlı sakini olan 86 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev imzalayıblar.

Qeyd edək ki, 1991-ci ilə qədər bir nəfər erməninin belə yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub.

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilib.

Uzun müddət həmin sənəd rəsmən təsdiq edilməyib, yalnız 1969-cu ilin may ayında kəndin əhalisinin heç bir razılığı ifadə edilmədən Nüvədi kəndi Ermənistan SSR-nin Mehri rayonunun inzibati-ərazi vahidinə daxil edilib.

Nüvədi kəndi qədim və zəngin tarixə malikdir. Nüvədi kəndi ərazisində yerləşən tarixi “Sultan-Səlmə istehkamı”, o cümlədən “Baba Hacı”, “Abdulata”, “Tişneyni” və s. müqəddəs ziyarətgahları, nəhayət orta əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tarixlərdən yadigardır.

Bu gün Nüvədi kəndinin tarixi adı dəyişdirilib və Nrnadzor adlandırılıb. Yer adları, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlər boyu yaşamış insanların mədəni hüquqlarının birbaşa pozulması olmaqla toponimik soyqırımı adlı soyqırımı növüdür. Həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi isə bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsidir.

Hazırda Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir.

Baxış sayı : 530
Mətbuat Şurasının yeni sədri: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq” Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI