2021-06-17 10:15:40 | CƏMİYYƏT
Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli

Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi. Bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib.

O, qeyd edir ki, II Qarabağ savaşından sonra bəzi məkrli qüvvələrin diş qıcaması, ermənilərə havadarlıq etməsi prosesndə həssas bölgə olan Cənubi Qafqazda yeni güc platformasının yaranması zərurəti ortalığa çıxdı.

Regionda və o cümlədən Ermənistanda gedən prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, sülhə təhlükə təhdidləri artmaqda davam edir. Müharibə cinayətlərində, dinc insanlara qarşı törədilən soyqırımlarda birbaşa iştirakı olan Ermənistanın keçmiş prezidentləri Koçaryan -Sarkisyan cütlüyü və digər qüvvələr regionda möhkəm sülhü, gələcəyə istiqamətlənən iqtisadi inkişafı qəbul etmək fikirində deyillər. Məhz belə məqamda Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi bu məkrli qüvvələrə ciddi mesajdır. Onu qeyd edim ki, Şuşa Bəyannaməsi hər hansı üçüncü dövlətə qarşı imzalanmış sənəd deyil.

Əslində bu strateji sənədlər regionda marağı olan tərəflərə normal, qarşılıqlı əməkdaşlıq mesajıdır. Digər önəmli məqam ondan ibarətdir ki, sülhə, sabitliyə və bu iqtisadi əməkdaşlığa əngəl olmaq istəyənlər Türkiyə və Azərbaycanın, həmçinin digər tərəfdaşların timsalında formalaşmış yeni güc platforması ilə üzləşəcəklər. Zamanın tələbinə görə, bu, güc platformasının və iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişlənməsi ehtimalı çox böyükdür. Bir sözlə Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi regiona sabitlik, sülh və rifah gətirmək gücündə olacaq sənəddir. Uğurlu olsun!

Baxış sayı : 201
Cəbrayılın Sofulu kəndi - VİDEO 2021-07-24 17:25:41 İşğaldan azad olunan əraziləri görəndə çox təsirləndik - Fransalı deputat 2021-07-24 08:30:01 "Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir" 2021-07-24 07:55:49 Cavid Qurbanov: "İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır" 2021-07-24 07:25:16 Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib 2021-07-23 15:30:06 Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı çapdan çıxıb 2021-07-23 15:10:17 Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur 2021-07-23 11:05:13 Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır - Rusiyalı politoloq 2021-07-23 10:25:12 “Leyli və Məcnun” kitabının təqdimatı Ukrayna mətbuatında 2021-07-23 09:05:11 Kəlbəcərin Bəzirxana kəndinin görüntüləri - Video 2021-07-23 07:30:05 Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib 2021-07-22 21:05:45 Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Milli Mətbuat günü münasibətilə təbrik edir 2021-07-22 16:00:47 Bakıda Polad Həşimov parkı istifadəyə verildi 2021-07-22 10:35:13 Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir 2021-07-22 09:50:53 Könül Nurullayeva: Moskva görüşündə bir daha aydın oldu ki, Azərbaycan və Rusiya 10 noyabr bəyanatının icrası ilə bağlı vahid mövqedən çıxış edir 2021-07-22 09:45:56 Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub 2021-07-22 08:00:53 “Yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir” 2021-07-22 07:20:42 Bir qrup media nümayəndəsi mükafatlandırılıb 2021-07-21 21:20:58 Media və iqtisadi faktor 2021-07-21 20:05:12 Azərbaycan əsilli alman polisi kitab yazıb 2021-07-21 10:05:43 Ermənistan rəhbərliyi Cənubi Qafqazda silahlı toqquşmanı təşviq etdiyi üçün məsuliyyətə cəlb olunmalıdır - Piter Teys 2021-07-21 09:05:47 Qurban bayramı Şuşa şəhərində təntənə ilə qeyd olunub 2021-07-21 09:00:26 Prezidentlər arasında Qarabağ müzakirəsi 2021-07-20 22:10:12 Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq - Oleq Kuznetsov 2021-07-20 09:25:31