2021-06-17 10:00:49 | MƏDƏNİYYƏT
Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib

Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir.

“Xalq sənətkarlığı” nəşrində Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yerlərdən birini tutan, onun həyat və məişət, gündəlik güzaranı ilə bağlı olan xalq sənətlərindən bəhs olunur. Ən qədim dövrlərdən zəmanəmizədək yaşayan bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir. Nəşrdə təqdim edilən materiallar bol xammal ehtiyatı ilə zəngin olan Azərbaycanın ayrılmaz hissəsi - Qarabağda bir çox sənət sahələrinin, o cümlədən ağacişləmə, baramaçılıq, başmaqçılıq, bədii tikmə, boyaqçılıq, culfaçılıq, daşişləmə, dəmirçilik, dəriçilik, dulusçuluq, dülgərlik, həsirçilik, xalçaçılıq və digər sənətlərin geniş yayıldığını, özünəməxsus inkişaf yolu keçdiyini nümayiş etdirir.

Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik və Azərbaycan xalqının mədəni sərvətinin mühüm hissəsini təşkil edən musiqi irsi haqqında foto və məlumatlar “Musiqi” adlı nəşrdə cəmlənib. Təkrarsız maddi və qeyri-maddi mədəniyyət abidələri ilə seçilən Qarabağ Azərbaycan musiqisinin məbədi hesab olunur. XVIII əsrdə yaranmış Qarabağ xanlığı Azərbaycan ədəbiyyatı və incəsənətinin, xüsusilə də musiqi sənətinin inkişafına güclü təkan vermişdir. Toplunun Qarabağın musiqi irsinə aid olan nəşrində XIX-XX əsrlərdə cərəyan edən mürəkkəb mədəni-tarixi proseslərdə, regionun mənəvi mühitinin inkişafında, Şərq-Qərb musiqi dialoqunun formalaşmasında Qarabağ musiqiçilərinin müstəsna rol oynaması faktı ortaya qoyulur. Nəşrdə Qarabağın aşıq mühiti, muğam, bəstəkarlıq və vokal məktəbləri barədə məlumat və fotolar təqdim edilir.

“Ədəbiyyat” nəşrində Qarabağda xalqımızın yaratdığı, qədim və zəngin mədəniyyətin bir qolunu təşkil edən mədəni sərvətlər, söz və sənət nümunələri haqqında məlumatlar diqqətə çatdırılır. Əsrlər boyu Qarabağda Azərbaycan incəsənətinin müxtəlif sahələri: xalq musiqisi, aşıq sənəti, muğamat və ifaçılıq xüsusi inkişaf yolu keçmişdir. Şifahi xalq ədəbiyyatı nümunələrində Qarabağ ərazisindəki yer adları bu torpaqların Azərbaycan möhürüdür. Azərbaycanın yazılı ədəbiyyatında Qarabağ mövzusu geniş yer tutmuşdur. Nəşrdə Qarabağlı şair və yazıçılar barədə məlumatlar və fotolar təqdim edilir.

“Memarlıq” haqqında nəşrdə Azərbaycan ərazisində mövcud olan memarlıq abidələrinin forma, tipoloji və konstruktiv baxımından zənginliyi barədə məlumatlar toplanıb. “Qarabağın mədəni irsi” toplusunun bu bölməsində zamanın tələblərinə uyğun yaradılan memarlıq nümunələri haqqında məlumatlar fotolar və qrafik rəsmlər vasitəsilə diqqətə çatdırılır.

Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan vermişdir. Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. “Xalçaçılıq” nəşrində Qarabağ ərazisində xalçaçılığın yaranma tarixi, xalçaların işlənmə texnikası, Qarabağ xalça qrupunun xarakterik xüsusiyyətləri, bu bölgədə toxunan xalçaların səsi-sorağının bütün dünyadan gəldiyi qeyd olunur.

Baxış sayı : 616
Mətbuat Şurasının yeni sədri: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq” Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI