2021-06-15 14:15:04 | MƏDƏNİYYƏT
Bir Cənub şəhərində Xan Sarayı

Xəzərin tumar çəkdiyi Lənkəran torpağı, Zümrüd rəngli Talış dağlarının ətəyində, nəğməli Xəzərin qızıl qumlu sahillərində əsrarəngiz bir şəhərdir. Bu şəhəri “Cənub mirvarisi", " Xan Lənkəran" adlandırırlar. Xəzər dənizi ilə Talış dağları arasında yerləşir bu diyar. 8 avqust 1930 -cu ildən Azərbaycan Respublikasının inzibati ərazisi elan olunmuşdur.

Qonaqpərvərliyi ilə fərqlənən Xan Lənkəran sitrus meyvələri, ləziz mətbəxi ilə yanaşı Azərbaycanda çayçılığın mərkəzi kimi də tanınır. Lənkəran çayı dünyada özünün xüsusi dadı ilə məşhurdur.

Qonaqpərvərliyinin və çayının simvolu olaraq 1978 - 79 -cu illərdə Lənkəranın girişində hündürlüyü 3,5 metr olan samovar - tunc abidə qoyulmuşdur. 2008-ci ildə isə bu abidənin üstünə çaynik, qarşısına isə armudu stəkan əlavə edilmişdir. Lənkəran Azərbaycanın rütubətli subtropik regionudur.

Nadir təbiəti öz müxtəlifliyi ilə seçilir. Lənkəran sözünün mənası üç variantda deyilir. Birinci - "lövbər salınan yer " yəni dünyanın müxtəlif yerindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə gedən və İrandan gələn gəmilər burada lövbər salmışlar. İkinci - farsca Ləng -ləngimək , kəran - yer ( Ləngkəran ) Ləngiyən yer - yağışların çox olmasına görə bura gələnlərin ləngiməsidir. Üçüncü - Lankon - " qamış evlər " deməkdir.

XX əsrin əvvəllərinə kimi burada evlərin üstü, hasarı, bəzən divarları da qamışdan olduğu üçün belə adlandırmışlar. Lənkəran qədim şəhər olsa da onun tarixi hələ də dəqiq müəyyənləşdirilməmişdir.

Səyyah Larens Çepmenin xatirələrindən məlumdur ki , o , 1568- 69 -cu illərdə Lənkəranda olmuşdur. Bu qədim şəhərdə qədim tarixi abidələr də yetərincədir. Bunlardan biri hal -hazırki misilsiz mədəniyyət xəzinəsi olan Tarix Diyarşünaslıq muzeyidir ki , "Xan Sarayı " kimi tanınır. Üçmərtəbəli Xan Sarayı Lənkəranın ilk çoxmərtəbəli binası olub. Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Fransalı memarın layihəsi əsasında inşa edilən bu tarixi abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub.

Bu sarayı Lənkəranın sonuncu xanı olan Mirəhməd Xan Talışinski həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913 -cü ildə tikdirmişdir. Belə ki , Tuğra xanım Tifilis şəhərində keçirilən gözəllik müsabiqəsinin qalibi olur və belə bir sarayın tikdirilməsini Mirəhməd Xandan istəyir. Saray üç ay müddətinə hazır olur. Sonralar Mirəhməd Xanın həyatı Fransada mühacirətdə keçir və o , burada da vəfat edir. Tuğra xanımın şərəfinə tikilən saray sovet dövründə müsadirə edilir və buraya müxtəlif inzibati idarələr yerləşdirilir. 1978-ci ildən isə Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli - mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar vardır. Muzeyin ekspozisiyası altı bölümdən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr, müasir dövr.

Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Şəhərin mərkəzində , " Dostluq " parkı ilə üzbəüz yerləşən Tarix Diyarşünaslıq muzeyi - Xan Sarayı öz füsunkarlığı ilə hər il rayonumuzda qonaq olan on minlərlə insanları heyran edir.

Səbahət Lənkəranlı

jurnalist, şairə

Baxış sayı : 381
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25