2021-06-13 08:40:36 | MÜSAHİBƏ
Elşad Mirbəşiroğlu: Ermənistan bundan sonra heç vaxt dəyişməyəcək yeni siyasi-hərbi reallıqların fərqindədir

Ötən il noyabrın 10-da imzalanmış birgə Bəyanatın şərtlərinə əməl olunması regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının alternativsiz yoludur.

Azərbaycan tərəfi həmişə olduğu kimi, yenə də üzərinə düşən öhdəlikləri dəqiqliklə yerinə yetirməkdədir. Vətən müharibəsindəki möhtəşəm Qələbə sonrakı siyasi və taktiki qələbələrimizi də şərtləndirdi. Belə ki, birgə Bəyanatdan sonra bu il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri növbəti sənədi imzaladılar. Birgə Bəyanat kimi, bu sənəd də Azərbaycanın güc mövqeyini aydın ifadə edirdi. Çünki 11 yanvar sənədində kommunikasiyaların açılması və iqtisadi layihələrin həyata keçirilməsi məsələləri öz ifadəsini tapmışdır. Yəni, 10 noyabr Bəyanatında yer alan mühüm şərtlərin yerinə yetirilməsinin vacibliyi bir daha növbəti siyasi-hüquqi əsaslarla qətiləşdirilmişdir.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, 10 noyabr birgə Bəyanatın 9-cu bəndində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin açılması məsələsi ifadə olunub. Yanvarın 11-də imzalanmış növbəti sənəd ayrıca olaraq, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu istiqamətdə real addımların atılması baxımından əhəmiyyətli idi. Lakin əldə olunmuş razılaşmalara baxmayaraq, təcavüzkar Ermənistan yenə də qeyri-konstruktiv davranışları ilə siyasi bleflər edirdi. Ona görə siyasi blef ki, birgə Bəyanatın şərtlərinə əməl etməkdən başqa yolu olmadığı halda bunun əksini göstərməyə çalışırdı. Ağdam üzrə minalanmış ərazilərin xəritəsinin təqdim olunması bir daha nümayiş etdirdi ki, həqiqətən də, Ermənistanın davranışları siyasi blefdən başqa bir şey deyildi. Ermənistan Azərbaycanın güc mövqeyini qəbul edir və bundan sonra heç vaxt dəyişməyəcək yeni siyasi-hərbi reallıqların fərqindədir. Bu isə əminliklə deməyə əsas verir ki, proqnozlaşdırdığımız kimi, Ermənistan Azərbaycanın güc mövqeyinin təsiri və diktəsi ilə müəyyənləşdirilmiş bütün şərtlərə əməl edəcək. Siyasi bleflər isə, seçki öncəsi daxili auditoriyaya hesablanıb.

“Ümumiyyətlə, Ağdam üzrə minalanmış ərazilərin xəritəsinin qaytarılması bir sıra daha konkret siyasi mülahizələrin irəli sürülməsinə əsas verir. Birincisi, Ermənistan tərəfi əmin oldu ki, qarşısındakı əvvəlki Azərbaycan deyil və heç vaxt olmayacaq. Azərbaycana qarşı törədilən istənilən təxribatın qarşısı qətiyyətlə alınır. Birgə Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində təxribatçıların, terrorçuların çevikliklə zərərsizləşdirilməsi bunu aydın sübut edib. İkincisi, Ermənistanın saxta informasiya maşını artıq yararsızdır. Çünki, birgə Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində zərərsizləşdirilmiş təxribatçıların hərbi əsirlər kimi təqdim olunması cəhdləri fiaskoya uğradı. Prezident İlham Əliyevin dünyanı intensiv məlumatlandırması bu istiqamətdə də mütləq qələbəmizi təmin etdi. Bəzi əhəmiyyətsiz istisnaları çıxmaq şərti ilə “hərbi əsirlər” ifadəsini işlətməklə heç bir subyekt Azərbaycana müraciət etmədi və tövsiyə vermədi. Üçüncüsü, Azərbaycan növbəti dəfə öz iradəsini göstərdi. Ermənistana nümayiş etdirdi ki, konstruktiv mövqe ortaya qoymaqdan başqa yola malik deyil. Dördüncüsü, ayrıca olaraq, vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri əsasən Ağdam rayonunda həyata keçiriləcək. Ermənistanın məhz Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsini təqdim etməyə məcbur olması proseslərin Azərbaycanın iradəsinə uyğun cərəyan etdiyinin növbəti göstəricisidir. 15 erməni terrorçunun təhvil verilməsi müqabilində on minlərlə vətəndaşımızın, minatəmizləyənlərin həyatını xilas etmiş olduq. Bundan sonrakı mərhələdə ərazidə yenidənqurma işlərini və məskunlaşdırmanı daha sürətlə və təhlükəsizlik şəraitdə həyata keçirmək mümkün olacaq. Beşincisi, təkcə Ağdam üzrə ümumilikdə 97 min minanın koordinatlarının verilməsi Ermənistanın əsl terrorçu dövlət olduğunu bir daha sübut edir. Bu faktın özü də informasiya müstəvisində Azərbaycanın haqlı mövqelərini daha da möhkəmləndirir. Ermənistanın isə neqativ beynəlxalq imicini daha da korlayır”, - deyə E.Mirbəşiroğlu qeyd edib.

Milli Məclisin deputatı vurğulayıb ki, beləliklə, Azərbaycan Ağdam üzrə minalanmış ərazilərin xəritəsini əldə etməklə bir neçə istiqamətdə strateji hədəflərini vurmuş oldu. Bu, növbəti uğurlu addımlarımız üçün unikal platforma yaradır.

Baxış sayı : 203
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11