2021-05-27 09:30:43 | MƏDƏNİYYƏT
“Azərbaycan İpək Yolu üzərində” kitabının təqdimatı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans, eyni zamanda, təşkilatın təşəbbüsü və dəstəyi ilə ingilis və rus dillərində işıq üzü görmüş “Azərbaycan İpək Yolu üzərində” kitablarının təqdimatı keçirilib.

Tədbirdə Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın məqsədləri, onun türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib.

Böyük İpək Yolunun tədqiqinin Fond üçün vacib önəm daşıdığını qeyd edən Günay Əfəndiyeva, təşkilat tərəfindən 2017-ci ildə Azərbaycanda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Türk Dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində", 2019-cu ildə isə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların, o cümlədən Türk Şurasının, TürkPA-nın, TÜRKSOY-un, UNESCO-nun, İRSİCA-nın rəhbər və nümayəndələrinin, dünyanın müxtəlif ölkələrindən gələn səfirlərin, alimlərin, türkoloqların qatıldığı "Türkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun rolu" mövzusunda dəyirmi masanın təşkil edildiyini vurğulayıb. G.Əfəndiyeva bildirib ki, kitabın nəşri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən “Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində” adlı genişmiqyaslı beynəlxalq layihənin ilkin hissəsidir.

Günay Əfəndiyeva bu layihənin Fonda üzv və müşahidəçi ölkələrdə də keçirilməsinin planlaşdırıldığını qeyd edərək, türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.

Diqqətə çatdırılıb ki, kitab qədim dövrdən son Orta əsrlərə qədər İpək Yolu ilə bağlı Azərbaycan tarixinin tədqiqinə dair ilk akademik nəşrdir. Əsərdə e.ə. II əsrdən XVI yüzilliyədək, yəni təqribən 1700 illik tarixi dövrdə, Azərbaycan ərazisindən keçən beynəlxalq quru və dəniz ticarət yollarının ölkənin siyasi, iqtisadi və mədəni inkişafına təsiri, eləcə də İpək Yolu boyunca baş vermiş qlobal mədəni mübadilədə Azərbaycanın rolu araşdırılıb. Monoqrafiya çoxsaylı tarixi, arxeoloji və müxtəlif dilli yazılı mənbələr əsasında hazırlanıb.

Kitabın hazırlanması ilə bağlı məlumat verən Günay Əfəndiyeva, Böyük İpək Yoluna həsr olunmuş tədqiqatlarda Azərbaycanın müstəsna rolunun yüksək elmi səviyyədə təqdim olunmasında xidmətlərinə görə layihədə iştirak edən alimlərə öz təşəkkürünü bildirib.

Fondun prezidenti vurğulayıb ki, Böyük İpək Yolunun əsas qovuşuqlarından biri də Azərbaycanın işğaldan azad olunmuş tarixi və əzəli torpaqlarıdır. O, nümunə kimi Cəbrayıl rayonu ərazisində yerləşən, Azərbaycanın məşhur Xudafərin körpülərini göstərib. Günay Əfəndiyeva işğalçılıq siyasəti nəticəsində Böyük İpək Yolunun keçdiyi ərazilərdə min illər boyu mövcud olan bənzərsiz memarlıq abidələrinin, karvansaraların, qədim məscidlərin, mədrəsələrin məhv edildiyini vurğulayıb. Fondun prezidenti, bu gün Azərbaycanın haqlı qələbəsi sayəsində, incəsənət nümunələrinin tezliklə öz görkəmini, yeni simasını bərpa edəcəyinə və bu yolun inkişafa, sülhə, inteqrasiyaya aparan yol olacağına şübhə etmədiyini qeyd edib.

Konfransda mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, İpək Yolu bəşəriyyətin keçdiyi mədəni inkişafı tarix boyu sürətləndirmiş, mədəni mübadilənin genişləndirilməsinə əhəmiyyətli töhfələr verərək katalizatoruna çevrilmişdi: “Tarixən iqtisadiyyatın bu şah damarı ilə hərəkət edənlər Şərqdən-Qərbə və Qərbdən-Şərqə ticarət malları daşımaqla yanaşı, həm də müxtəlif xalqların, sivilizasiyaların mədəniyyətini də daşımışlar. Qədim İpək yolu ölkəmizin də tarixində zəngin irs qoymuşdu. Bu gün ölkəmizin müxtəlif bölgələrində qorunan qədim şəhər qalıqlarının, karvansarayların, hamamların, türbələrin və sair kimi abidələrin bir çoxu ölkəmizin mədəni irsi olmaqla yanaşı, həm türk dünyasının, həm də Böyük İpək yolunun ayrılmaz tərkib hissəsidir”.

Tədbirin çox maraqlı bir mövzuya həsr edildiyini bildirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanovun deyib ki, mövzu həm Milli Komissiyamız üçün aktuallıq kəsb edir, həm də regional mədəni əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. “Sevindirici haldır ki, qədim İpək Yolu üzərində yerləşən şəhərlərimizin tarixi-memarlıq abidələri qorunmaqda və qeyri-maddi mədəni irsimiz yaşadılmaqdadır. Mədəni irs nümunələrimizin UNESCO siyahılarına daxil edilməsində, mədəni irsimizin qorunmasında, onların beynəlxalq aləmdə tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bugünkü müzakirə edilən mövzu kontekstində milli və çoxmillətli nominasiyalar olaraq UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmiş “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”, “Ənənəvi Azərbaycan xalçaçılıq sənəti”, “Miniatür sənəti” və sair nominasiyalarımızın adlarını çəkmək istərdim”.

Elnur Sultanov bildirib ki, UNESCO üzrə Milli Komissiyamız və ölkəmizin aidiyyəti qurumları tərəfindən İpək Yolu üzərində yerləşən tarixi abidələrimizin transseriyalı nominasiya olaraq Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır. Düşünürük ki, ölkəmizin sözügedən platformaya qoşulması Azərbaycanın və türk dünyasının ortaq mədəni irsi və tarixinin dünyada tanıdılması, eləcə də turizminin inkişafına dəstək verəcək.

“UNESCO üzrə Milli Komissiyamız digər ölkələrin milli komissiyaları ilə regional, o cümlədən TÜRKSOY-la əməkdaşlıq çərçivəsində İpək Yolu Proqramı ilə bağlı da məsləhətləşmələr aparır. Qeyd etmək istərdim ki, cari ildə UNESCO üzrə Azərbaycan və Türkiyə Milli Komissiyalarının iclaslarında bu məsələ ətrafında müzakirələr aparılıb. Digər tərəfdən, ölkəmiz İpək Yolu Seriyalı Ümumdünya İrs Nominasiyasının Əlaqələndirici Komitəsinin iclaslarında mütəmadi olaraq təmsil olunur. Yeri gəlmişkən, belə iclaslardan biri – UNESCO-nun İpək Yolu Proqramının Əlaqələndirici Şəxslər Şəbəkəsinin 2-ci görüşü mayın 31-də onlayn şəkildə keçiriləcək. Böyük İpək Yolu Onlayn Platforması BMT-nin Mədəniyyətlərin Yaxınlaşması Onilliyi (2013-2022) və 2030-cu il Davamlı İnkişaf Məqsədləri ilə sıx bağlıdır. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan sözügedən onlayn platformanın inkişaf etdirilməsinin dəstəkçisi olan 5 ölkə (Azərbaycan, Çin, Almaniya, Qazaxıstan və Oman) arasındadır.

İnanıram ki, Azərbaycan istər tarixi abidələri, istər multikultural zənginliyi, tolerantlığı, istərsə də digər potensial imkanları baxımından UNESCO-nun İpək Yolu layihəsində iştirakı ilə UNESCO-nun təbliğ etdiyi əsas dəyərlərin təşviqinə, eləcə də Böyük İpək Yolu üzərində yerləşən Türkdilli ölkələrin regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcək”,- deyə Elnur Sultanov bildirib.

Konfransda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Lou, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev layihəni yüksək qiymətləndirərək, Böyük İpək Yolunun təmsil etdikləri ölkələrin mədəni, ictimai, iqtisadi həyatına təsirlərindən söz açıblar.

Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev konfransda geniş təqdimatla çıxış edərək, türkdilli dövlətlər arasında münasibətlərin gücləndirilməsində və türkdilli xalqların tarixi, mədəni irsinin, adət-ənənələrinin tanıdılmasında Böyük İpək Yolunun rolundan danışıb və layihənin həyata keçməsində göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib.

Konfransda əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda, tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Fondun prezidenti Günay Əfəndiyeva tərəfindən “Azərbaycan İpək Yolu üzərində” adlı kitabın hazırlanmasında xidmətlərinə görə azərbaycanlı alimlərə “Təşəkkünamə”lər təqdim olunub.

Qeyd edək ki, kitabın ideya və “Ön söz” müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Monoqrafiyanın hazırlanmasında tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev iştirak edib.

Baxış sayı : 181
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11