2016-02-05 11:25:29 | AKTUAL
Hələb təhlükədə...

Təlatümlü Şərq

Rusiya  Suriyada  qırıcı təyyarələrini  Əsəd rejiminə bağlayaraq onu Hələb yolunu tutub buranın əhalisinin Türkiyə ilə əlaqələrdən mərhum etmək yolunu seçdi. Bu günün ən pis xəbəridir və buradakı əhalinin nə vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil. Bu mövzuda mənim ötən aylarda bir yazım vardı.  Başlığı beləydi: “Türkiyəni Rusiyanın qarşısına kim itələyir?” (Modern.az 12.11.2015) Rusiya təyyarəsinin vurulması və bununla əlaqəli olan bütün olaylar onu göstərir di ki, ABŞ bu məsələdə ikili oyun oynayır.  Baxın, Suriyada Rusiya ilə Amerika  terrorizmə qarşı mübarizədə “müttəfiqdir”, amma   Türkiyə ilə heç bir məsələdə həmfikir deyil. Qəsdən PYD deyilən terror təşkilatını Cenevrə Suriya danışıqlarına cəlb edən və Türkiyənin təkidli tələblərindən sonra onu uzaqlaşdıran da ABŞ-dır. Demək  bu dövlət oyun oynayır. Bu sözlər Türkiyə dövləti rəhbərlərinin dilindən səslənəndə mən təəccüblənmədim. “Hər dəfə Rusiya ilə Amerika arasında Suriya ilə bağlı  danışıqlardan sonra Rusiya daha şiddətli bombardmanlara başlayır...” 
Rusya nə istəyir? Türkiyə sərhədlərinə yerləşmə istəyi açıq görünür.    
Rusiyanın hədəfi öncə türkmənlərin yaşadığı Türkməndağı, Qızıldağdı, indi Hələb və onu Türkiyəyə bağlayan yoldur. İndi Rusiya Hələblə Türkiyə arasında gediş gəliş yolunu tutmaq və bu ərazilərdən  əhalini köçə məcbur edərək oraya yerləşməkdi. 300 mindən artıq  insan köç yolundadır. Türkiyə çox zor durumdadır, bu qədər müstəvidə də istər Suriya, isətərsə də regionun digər ölkələrində baş verənlərə qlobal baxımdan yanaşmaq daha məqsədəuyğun hesab edilə bilər. Rusiya dəstəkli Əsəd rejiminin hücumları Cenevrə danışıqları getdiyi zamanlara deng gelməsi də göstərir ki, hələ rUsiya öz maraqlarını təmin etmə səviyyəsində planını yerinə yetirməyib. Rusiya burada bir şiə dövləti qurmaq planını artıq işə salmışdır. Konkret olaraq günümüzdə Suriyada baş verən hadisələrə gəlincə, yenə də buradakı vəziyyəti düzgün analiz etmək üçün adı çəkilən ölkənin tarixinə qısa nəzər salmaq lazım gəlir. Suriya vaxtı ilə Osmanlı dövlətinin tərkibində olub və əsrlər boyu türklər tərəfindən idarə edilib. Amma Osmanlını zəiflətmək, onu dağıtmaq istəyən Qərb ölkələri onun ərazisi hesabına yeni dövlətlər qurmaq planı hazırlamışdılar. Bu çərçivədə də zaman-zaman Osmanlını parçalamaq istəyən xarici güclər sonda istədiklərinə nail ola bildilər. Nəticədə, ötən əsrin 18-20-ci illərində Osmanlı əraziləri hesabına Suriya dövləti yaradıldı. Əslində bu dövlət süni şəkildə yaradıldı.  Süni dövlət isə nə zamansa belə problemlər yaşamalı idi. Onun yaradılmasında isə bölgədə maraq dairəsi uğrunda mübarizə aparan imperialist güclər önəmli rol oynadılar.  İndi də baş rolda onlardır. Süni şəkildə yaradılmış Suriya dövləti təbii ki, bütün zamanlarda müxtəlif dövlətlərin təsiri altında idi və onların oyuncaq rejimi funksiyasını həyata keçirirdi. 
Ötən əsrin 50-ci illərində SSRİ ilə Qərb arasında bölgədə gedən təsir dairəsi uğrunda mübarizə Suriyada Moskvayönümlü güclərin hakimiyyətə gəlməsi ilə nəticələndi. Hafiz Əsəd “Rus məxrəcini” seçdi.   Rusiya bundan istifadə edərək Suriyada hərbi bazasını yaratdı. SSRİ dağılandan sonra da bölgədə təsir dairəsi uğrunda mübarizə davam etdi. Günümüzdə Suriyada yüz minlərlə insanın ölümünə,  milyonlarça insanın doğma vətənindən qaçqın və didərgin düşməsinə də səbəb məhz iri dövlətlər arasında bölgə uğrunda gedən mübarizədir. Suriyada baş verən son hadisələrə kimi orada yaşayan türkmən əhalinin də varlığı akademik çevrənin dışında  çoxlarına məlum deyildi. Bölgədə baş verən hadisələr türkmən varlığının, türkmən probleminin də önə çıxarılmasına səbəb oldu.  Dedik ki, Suriya Osmanlının ərazisi olub. Bu baxımdan Türkiyə də Osmanlının varisi kimi orada maraqlara malikdir. Rusiya indi Türkiyə sərhədlərinə yerləşmək istəyir. Türkiyə təhlükəsizliyini təmin etmə baxımından buna yol verə bilməz.  
Türkmənlərin Suriyanın gələcək yapılanmasında yer   alması Türkiyənin əsas prioritetidir. Üstəlik vaxtı ilə süni şəkildə yaradılan Suriya dövləti ərazisində günümüzdə sayı 4 milyonu keçən türkmən əhali yaşayır. Onların da maraqlarını qorumaq, problemlərini həll etmək Türkiyənin öhdəsinə düşür. Buna paralel olaraq Suriyada PKK-nın bir qolu olan PYD də fəaliyyət göstərir və onların terrorçuluq fəaliyyətləri Türkiyə üçün böyük təhlükədir.  Rusiyanın da buraya yerləşməsi bu təhlükəni daha da artırır. Türkiyə faktiki olaraq özünün sərhədləri yaxınlığında böyük bir təhlükə ilə üz-üzə qalıb və bu da Ankaranı bölgədə baş verən hadisələrə münasibətdə çevik siyasət yeritməyə, öz maraqlarını maksimum müdafiə etməyə məcbur edir.  
Azərbaycan üçün də doğma olan Hələbin Rusiya tərəfindən işğalına Amerika da , Avropa da səssiz... Əcəba imperializmin Türkiyə ilə ilgili  hansı planı işə düşəcək?
Qafar Çaxmaqlı

 

Baxış sayı : 2233
Prezident Laçın rayonunun Şəlvə kəndinin təməlini qoyub 2023-05-27 21:35:20 Laçının Qorçu qəsəbəsinin təməli qoyulub 2023-05-27 21:35:32 Prezident İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib 2023-05-27 21:30:13 Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub 2023-05-27 21:35:54 Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib 2023-05-27 20:35:08 Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub 2023-05-27 20:20:45 Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib 2023-05-27 20:05:53 Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq" 2023-05-27 18:00:32 Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub 2023-05-27 13:30:12 “Əbədi miras: Müstəqillik” 2023-05-26 21:55:11 Azərbaycan xalqına sülh və rifah diləyirəm - Nazarbayev 2023-05-26 21:45:14 Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb 2023-05-26 21:20:54 Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib 2023-05-26 21:20:57 Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olunub 2023-05-26 21:05:41 Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu məlum olub 2023-05-26 17:10:23 Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib” 2023-05-26 16:55:22 Azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır 2023-05-26 16:10:52 “Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb” – Dövlət Xidməti 2023-05-26 15:10:01 Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31,4 milyon manat ayırıb 2023-05-26 14:45:00 "Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir" - ANAMA 2023-05-26 12:55:16 Budapeşt şəhərində “Şuşanın tək incisi” filmi nümayiş olunub 2023-05-26 11:00:57 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il QRANT müsabiqəsinin nəticələrini elan edib 2023-05-26 10:20:42 Azərbaycanlı alimin məqaləsi İndoneziyada çap olunub 2023-05-26 09:25:02 Ərdoğan seçkilərdə mümkün qələbədən sonra kabineti sürətlə formalaşdırmağı planlaşdırır 2023-05-26 08:10:55