2021-05-27 09:20:11 | MÜSAHİBƏ
Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar sərhədlərin delimitasiyası prosesinə öz dəstəklərini verməlidir”

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası son günlərin ən aktual məsələlərindən biridir. Prosesslər Ermənistanın bu məsələdə də süni əngəllər yaratdığını göstərir.

Bunlarla bağlı moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesinin bugünə qədər reallaşmamasının günahının İrəvanda olduğunu bildirib: “İlk öncə bildirməyi zəruri hesab edirəm ki, son vaxtlar tez-tez istifadə olunan “delimitasiya” və “demarkasiya” sözləri, mənşə etibarı ilə qədim latın dilindən götürülməklə, onlardan birincisi, “qeyd”, ikincisi isə, “ayırma” mənalarını ehtiva edir. Hüquqi baxımdan isə “dövlət sərhədi”, daha doğrusu Azərbaycan Respublikasının dövlət sərhədi - Azərbaycan Respublikası ərazisinin, buraya quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının məkan hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthi bildirir. Dövlət sərhədlərimiz Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi hüdudlarını özündə birləşdirməklə, müstəqilliyimizin və suverenliyimizin mühüm atributlarından biri hesab olunur. Məlumat üçün bildirirəm ki, məsələn, Xəzər dənizinin Azərbaycana aid olan hissəsi (Azərbaycan sektoru) Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Azərbaycan dövlətlərinin səlahiyyətli komissiyyaları tərəfindən öyrənilərək, nəhayət ki, öz müsbət həllini tapmışdır. Təəssüf ki, Ermənistanın işğal edib 30 il təsir dairəsində saxladığı, hazırda isə bir çox hissələri azad olunmuş Azərbaycan sərhədlərinin şəffaf əsaslarla bərpası, daha doğrusu delimitasiyası və demarkasiyası ətrafında lüzumsuz söz-söhbətlər, erməni vandalları tərəfindən əsassız bəhanələrlə mübahisə predmentinə çevrilmişdir. 21-ci əsr olmasına baxmayaraq bəzi erməni siyasətçiləri, dövlətin suveren atributu olan sərhədlərin dəqiqləşdirilməsinin və ya ayrılmasının son dərəcə vacib və əhəmiyyətli olduğunu dərk etmək istəmirlər.

Bu, həm də Ermənistanın özü üçün də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Qeyd etməyi vacib hesab edirəm ki, vaxtılə SSRİ tərkibində, SSRİ sərhədləri daxilində mövcud olmuş hər bir ölkə ayrılarkən öz sərhədlərini müştərək qaydada dəqiqləşdirmişdir. Sərhəd məsələsinə xüsusi önəm verən ölkəmizin müstəqillik elan etdikdən sonra vacib hesab etdiyi və qəbul etdiyi ilk qanunlardan biri də “ Azərbaycan Respublikasının Dövlət Sərhədi” haqqında 9 oktyabr 1991-ci il tarixli Qanun olmuşdur. Ötən dövrdə bu qanun və onun işləməsini təmin edən digər normativ hüquqi aktlar daha da təkmilləşdirilmiş və zəruri dövlət strukturları yaradılmışdır. 1007 km məsafəsi olan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası son vaxtların ən aktual məsələlərindən biri hesab oluna bilər. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının bugünə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın işğal siyasəti olub. Məhz Ermənistanın işğal siyasəti nəticəsində bu proses təxirə düşüb. Lakin 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində ordumuzun əldə etdiyi tarixi zəfər nəticəsində ərazi bütövlüyümüz təmin olunub ki, bu da sərhədlərin delimitasiya və demarkasiyasını zəruri edir. Ancaq görünən odur ki, Ermənistan hər bir işdə olduğu kimi bu məsələdə də süni problemlər və gərginliklər yaratmağa çalışır”.

Polkovnik bildirib ki, SSRİ dönəmindəki xəritə Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyən edilməsində əsas götürülməlidir: “Əslində Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində SSRİ dönəmində hazırlanan və sovet respublikaları arasındakı sərhədləri özündə əks etdirən xəritə əsas olmalıdır. Çünki bu xəritədə sərhədlər dəqiq şəkildə öz əksini tapıb və bu gün də sərhədlərin o xəritəyə əsasən müəyyən edilməsi həm tarixi, həm də hüquqi baxımdan daha ədalətlidir. Azərbaycan tərəfi də sərhədlərin məhz bu xəritə əsasında müəyyənləşməsində maraqlıdır”.

Cəlil Xəlilovun sözlərinə görə, Azərbaycan digər ölkələrlə sərhədlərin delimitasiya məsələsini yüksək səviyyədə həyata keçirib: “Ermənistan sərhədlərin delimitasiyası prosesini yanlış şərh edərək iddia edir ki, guya Azərbaycan tərəfi Ermənistan torpaqlarını ələ keçirməyə çalışır. Halbuki, bu proses zamanı Azərbaycan beynəlxalq qanunları, sovet dönəmindəki xəritələri, Vətən müharibəsinndən sonrakı razılaşmaları əsas tutaraq hərəkət edir. Azərbaycan sərhədlərin delimitasiya prosesini digər qonşşu dövlətlərlə də həyata keçirib. Azərbaycan-Rusiya sərədlərinin delimitasiya prosesi bu baxımdan nümunə sayıla bilər. Bu proseslərin heç birində hər hansı gərgilik yaşanmayıb. Lakin Ermənistan tərəfi məqsədli şəkildə sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləlngitməyə, süni problemlər yaratmağa çalışır ki, bu da rəsmi İrəvanın məkirli niyyətindən xəbər verir”.

Sədr müavini qeyd edib ki, beynəlxalq təşkilatlar da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası proesinə dəstək verməli, bu məsələdə yaxından iştirak etməlidir: “Təəssüflər olsun ki, 30 ilə yaxın müddətdə davam edən erməni işğalı zamanı biz beynəlxlq təkilatların işğalçı ölkəyə ciddi təzyiq və təsirinə şahid olmadıq. Halbuki, BMT-nin işğalla bağlı 4 məlum qətnaməsi beynəlxalq birliyin Ermənistana təzyiqinə hər cür imkan yaradırdı. Ancaq buna baxmayaraq, beynəlxaql təşkilatlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüquqa meydan oxuyan işğalçı dövlətə təzyiq göstərmədi. Qürur hissi ilə bildirməyi vacib hesab edirəm ki, BMT qətnamələri məhz Azərbaycan ordusu tərəfindən icra edildi, düşmən işğal edilmiş ərazilərdən qovuldu. Bu gün aktual olan məsələ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasıdır. Beynəlxalq təşkilatlar heç olmasa bu prosesə dəstək verməli, sərhədlərin delimitasiyası prosesində Ermənistanın yaratdığı əsassız, süni əngəllərə görə rəsmi İrəvana təztiq göstərməlidir. Hamı bilməlidir ki, bütün mübahisə və gərginliklər nə qədər tez ortadan qalxsa, regiona sülh və təhlükəsizlik də o qədər tez gələr. Bu isə bütün regionun maraqları, bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir”.

Baxış sayı : 205
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25