2021-05-19 08:55:16 | MƏDƏNİYYƏT
Fransa portalı: Ermənilər Qarabağda Azərbaycanın tarixi abidələrini dağıdıblar

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Turquie-news.com” xəbər portalında “Ermənilər Qarabağda Azərbaycanın tarixi abidələrini dağıdıblar” sərlövhəli məqaləsi yayımlanıb.

Məqalədə ermənilərin təxminən 30 ilə yaxın müddətdə Qarabağdakı bütün tarixi, mədəni, dini abidələri dağıtdıqları, Azərbaycan tarixini silməyə çalışdıqları bildirilir. Müəllif yazır ki, şəhərlər, kəndlər, qəbiristanlıqlar yerlə-yeksan edilib, ermənilər Azərbaycanın maddi mədəniyyət abidələrini vəhşicəsinə dağıdıblar.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının azad edilmiş ərazilərində xüsusi müvəqqəti idarəetmənin təşkili haqqında” Fərmanına diqqət çəkən jurnalist Mədəniyyət Nazirliyinin nümayəndələrinin ərazilərdəki abidələrin və mədəniyyət müəssisələrinin monitorinqini apardıqlarını, nəticələrin sarsıdıcı olunduğunu yazır. Müəllif təəssüflə qeyd edir ki, işğaldan azad edilmiş ərazilərdə son 30 ildə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumları tərəfindən heç bir faktaraşdırıcı missiya həyata keçirilməyib.

Qarabağdakı məscid və ibadətgahlar nəinki dağıdılıb, əksər hallarda Azərbaycan xalqının milli-mənəvi dəyərləri təhqir edilib. Dağıdılmış bir sıra məscidi sadalayan müəllif işğaldan azad edilmiş ərazilərdə 403-ə yaxın tarixi-dini abidənin, o cümlədən 67 məscidin, 144 məbədin və 192 ziyarətgahın olduğunu bildirib. Vurğulayıb ki, Ermənistan azərbaycanlılara qarşı nifrətini ev heyvanlarını, o cümlədən donuzları məscidlərdə saxlamaqla nümayiş etdirib. “İşğal olunmuş ərazilərin zəngin mədəni irsinə, eləcə də xüsusi əhəmiyyət daşıyan misilsiz abidələrinə bu cür münasibət ümumdünya irsi üçün təhlükə yaradır”, – deyə jurnalist diqqətə çatdırıb.

Eyni zamanda, bildirilib ki, erməni vandalizmi özünü yalnız müsəlman tarixi və dini abidələrində deyil, həm də xristian məbədlərində büruzə verib. Kəlbəcər bölgəsindəki Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla, Qafqaz Albaniyasına aid bir çox məbədin ermənilər tərəfindən saxtalaşdırılaraq mənimsənilməsinə və dağıdılmasına diqqət çəkən Z.Kazımova aparılan qanunsuz təmir işləri nəticəsində bu abidələrin qədim görünüşünə xələl gətirildiyini qeyd edir. Jurnalist bildirir ki, ermənilərin əsas məkrli niyyətlərindən biri Qafqazdakı alban irsini ələ keçirmək olub.

“Keçən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-dək Kəlbəcəri təhvil verməli olan ermənilər bu dövrdə tarixi abidələrə və ekologiyaya zərər verməyə davam ediblər. Xudavəng monastırı da bu vandalizmin qurbanı olub. Belə ki, ermənilər monastırın zənglərini, xaçlarını və digər qiymətli əşyalarını daşıyıb Ermənistana aparıblar”, – müəllif vurğulayıb.

Ermənistanın Şuşadakı Gövhərağa məscidinin tarixini də “bərpa” adı altında saxtalaşdırdığını qeyd edən müəllif ermənilərin törətdikləri bu vəhşiliklərin “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il Protokolunun və 1992-ci il Avropa Arxeoloji İrsin Qorunması Konvensiyasının tələblərini pozduğunu diqqətə çatdırıb.

Ermənistandan fərqli olaraq, Azərbaycanın əsrlər boyu müxtəlif mədəni və dini irs və ibadət yerlərini qoruyub saxladığını bildirən jurnalist yazır ki, bu abidələr ölkəmizin çoxmədəniyyətli və dini tərkibinin, həmçinin tarixinin ayrılmaz hissəsidir. Buraya multikulturalizm, tolerantlıq və dialoq kimi dəyərlər daxildir.

Azərbaycan hökumətinin azad olunmuş ərazilərdə tezliklə bütün tarixi və mədəniyyət abidələrinin bərpasını həyata keçirəcəyini qeyd edən müəllif Prezident İlham Əliyevin mayın 12-13-də ölkəmizin mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan “Xarıbülbül” musiqi festivalında söylədiyi fikirlərdən sitat gətirib.

Sonda müəllif Şuşadakı musiqi festivalında Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin - ləzgilər, talışlar, ruslar, yəhudilər və digərlərinin musiqi qruplarının iştirakından söz açıb, hamının milli ruh, Azərbaycan ruhu ətrafında birləşdiyini bildirib. Qeyd edib ki, bu, həm də Azərbaycanın çoxmədəniyyətli və ləyaqətli bir ölkə nümunəsi olduğunu bir daha göstərdi.

Baxış sayı : 279
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11