2021-05-17 08:20:58 | İQTİSADİYYAT
Əcnəbi jurnalist Azərbaycanın Böyük İpək Yolu layihəsində əhəmiyyətindən yazıb

Əlcəzairin “Əl Hərir” informasiya portalında Beynəlxalq Ərəb Jurnalistlər Federasiyası sədrinin müşaviri, tədqiqatçı-jurnalist Əbdülhəmid Əl-Kubənin “Azərbaycanın Böyük İpək Yolu layihəsində rolu” sərlövhəli məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında yolun strateji hissəsində yerləşdiyi, hələ orta əsrlərdə Böyük İpək Yolunun üzərində mühüm ticarət mərkəzi olduğu diqqətə çatdırılır. Müəllif qeyd edir ki, ticarətlə yanaşı, həm də mədəni əlaqələri, o cümlədən müxtəlif xalqların adət-ənənələrini özündə əks etdirən Azərbaycan Qafqaz regionunda ən mühüm ölkəyə çevrilib. Xəzər dənizinin qərbində yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında qovşaq rolu oynayıb və bu, indi də aktualdır.

Məqalədə qeyd olunur ki, Azərbaycan qədim dövrdən sivilizasiyalar arasında koordinasiya rolunu oynayıb. Dəniz və quru yolları vasitəsilə buraya axışan tacirlərin izləri bu gün Bakı, Naxçıvan, Şəki, Bərdə və digər şəhərlərdəki tarixi-mədəni abidələrdə qalır. Eyni zamanda, azərbaycanlı sənətkarların metal, keramika, ipək və taxtadan hazırladıqları məhsullar İpək Yolu vasitəsilə Şərq və Qərb ölkələrinə daşınıb. Onların arasında ən çox populyar olanı müxtəlif dövrlərin mədəni irsini əks etdirən və yüksək zövqlə toxunmuş Azərbaycan xalçalarıdır.

Müəllif vurğulayır ki, Azərbaycan 2013-cü ildə Çinin irəli sürdüyü “Bir yol, bir kəmər” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Prezident İlham Əliyev bu təşəbbüsə böyük əhəmiyyət verdiyini bəyan edib. Azərbaycanın dövlət başçısı 2015-ci ilin dekabrında Pekinə səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə Bakının sözügedən layihədə fəal iştirak etmək əzmində olduğunu bildirib.

Baxış sayı : 245
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25