2021-05-16 19:25:12 | MÜSAHİBƏ
Cavid Paşayev: “Həkim olaraq bu xəstəliyi ən ağır keçirənlərdən biri mən olmuşam”

Bakı Sağlamlıq Mərkəzinin baş həkimin müavini Cavid Paşayev Fact-info.az saytının suallarını cavablandırır.

-Ölkəmizdə COVİD-19 əleyhinə peyvəndləmə prosesi davam edir. Vaksinlərin effektivlik məsələsi ilə bağlı fikirləriniz necədir?

- Sınaqdan çıxan ən effektli peyvənddən bu gün ölkəmizdə istifadə olunur. Bu vaksinlər tam təhlükəsiz olduğu qədər onun müsbət nəticələrini hiss etməkdəyik. Ancaq bu peyvəndləmə o anlama gəlməməlidir ki, artıq vaksindən sonra xəstəlik tamamilə bitib. Bu peyvəndləmə xəstəliyin ağırlaşma və ölüm riskini azaldır. O baxımından peyvəndləmədən sonrakı dövrdə də insanlar bütün tələblərə əməl etməlidirlər. Peyvəndlərlə bağlı mən bir daha vurğulamaq istəyirəm ki, peyvəndləmə vacibdir. Əgər normal həyat tərzinə qayıtmaq istəyiriksə, vaksinasiya bunun çıxış yoludur. Dövlətimiz insanların sağlam həyata qayıtması üçün bütün mümkün olanları edir. Ona görə, hər bir vətəndaş üzərinə düşən məsuliyyəti düzgün dərk etməlidir. Kifayət qədər effektli olan bu vaksindən hər kəsin istifadə etməsi çox zəruridir.

-Siz də koronavirusa yoluxub sağalan insanlardan birisiniz. Bu gün özünüzü necə hiss edirsiniz?

- Mən həkim olaraq bu xəstəliyi ən ağır keçirənlərdən biri olmuşam. Koronavirusa yoluxduğum zaman xəstəliyin ilkin əlamətləri, adətən, hər kəsdə müşahidə edilən boğaz ağrısı, əzələ ağrısı idi. Daha sonra boğulma, tənəffüs çatışmazlığı şəklində davam etdi. Testin informativliyi az olduğu üçün şikayətim olan kimi Kompüter Tomoqrafiyası (KT) yoxlanışından keçdim. Dərhal müalicəyə başlasaq da, sürətli şəkildə pisləşmə gedirdi. Ümumilikdə, 45 gün xəstəxana şəraitində müalicə almışam. EKMO cihazına bağlanmışdım, həmçinin süni tənəffüs aparatına qoşulmuşdum. Təxminən 12 gün koma vəziyyətində qalmışam. Demək olar ki, ortalama 1 ay ərzində baş verənləri xatırlamıram. Komadan ayılandan sonrakı dönəmi izah etmək bir az çətindir, çünki bütün baş verənləri anlamaq çətin prosesdir. Mən xəstəxanadan çıxmamışdan 15 gün əvvəl artıq koronavirus testimin cavabı neqativ idi Bu gün özümü çox normal hiss edirəm. Mənə peyvəndlər vurulub. Hər kəsə tövsiyə edirəm bu peyvənləmə prosesinə qoşulsun. Göründüyü kimi, koronavirus həyatımıza çox çətinliklər gətirdi. Ancaq biz birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik.

-Bəzi insanlarda COVİD-19-a qarşı tətbiq olunan bu vaksinlərlə bağlı müəyyən tərəddüdlər var. Bu barədə sizin fikirlərinizi bilmək istərdik?

-Bir qrup insanlar peyvəndin əleyhinədirlər. Düşünürlər ki, hansı peyvənd tətbiq olunacaq, yaxud peyvəndin zərərləri çoxdur. Lakin digər epidemiyaların təcrübəsi göstərir ki, peyvənd olunmadan koronavirusdan qurtulmaq çətin olacaq. Xəstəliyin bu qədər geniş yayılmasına baxmayaraq, hələ də bu virusa inanmayanlar var. Ancaq reallıq, faktlar göz qabağındadır. Ona görə həkimlərimizin tövsiyələrinə əməl etmək zəruridir. Maska, məsafə və təmizliyə riayət etmək bizim həyat tərzimizə çevrilməlidir. Bütün bunlara əməl etsək, xəstəliyin müəyyən qədər qarşısını ala bilərik. Vacib olmadığı halda, çölə çıxmamaq və kontaktda olmamaq lazımdır.

-II Qarabağ savaşında iştirak edən və müəyyən xəsarət alan qazilərimizin bir çoxunun müalicəyə ehtiyacı var. Bu istiqamətdə Bakı Sağlamlıq Mərkəzində həyata keçirilən işləri necə dəyərləndirirsiniz?

-Biz II Qarabağ savaşı başlayan gündən döyüşlərdə müxtəlif xəsarət alan əsgərlərimizin müalicəsi ilə məşğul olmuşuq. Bakı Sağlamlıq Mərkəzində kifayət qədər resurslar bu istiqamətə yönəlmişdi. Bizim tibbi heyət, həkimlərimiz xəsarət almış hərbiçilərimizin müalicəsi istiqamətində əllərindən gələni etdilər. Bizə böyük qələbəni yaşadan qazilərimizin müayinəsi və müalicəsi istiqamətində bütün işlər bü gündə davam etməkdədir. Biz böyük qürur hissilə bu müqəddəs işləri yerinə yetiririk.

-Səhiyyə mədəniyyətinin inkişafı hər zaman olduğu kimi, bu gündə zəruridir. Necə düşünürsünüz tibbi maarifləndirməni genişləndirmək üçün daha nə etmək lazımdır?

-Tibbi maarifləndirmə işi çox ciddi məsələdir. Hər bir tibb mütəxəssisi bu işə öz töhfəsini verməlidir. Cəmiyyətdə maarifçilik işi geniş yayılmalıdır. Mənim qənaətimcə, mətbuat, telekanallar, internet resursları bu məlumatlandırma işində fəallıq göstərməlidir. Klassik üsullardan yararlanmaq olar. Orta və ali məktəblərdə tibbi maarifçilik işi genişlənməlidir. Telekanallarda tibbi reklamlar əvəzinə maarifləndirmə işi aparılmalıdır. Hədəf insanlarda tibbi təfəkkürün formalaşması olmalıdır. Əgər tibbi təfəkkür insanlarda yetərincə olsaydı bu gün bir çox xəstəliklərlə qarşılaşmazdıq. Səhiyyə mədəniyyətinin aşağı olması ciddi problemlərə rəvac verir.

-Bakı Sağlamlıq Mərkəzi Azərbaycan vətəndaşına sağlam olması üçün hansı modern xidmətlər göstərmək istəyindədir?

-Bizim mərkəzdə həm zəngin kadr potensialı, həm də modern tibbi avadanlıqlar var. Bütün bu faktorlar effektli müalicəni təşkil etməyə zəmin yaradır. Mənim qənaətimcə, zaman gələcək bütün xəstələrin müalicəsini daha yüksək səviyyədə təşkil etdikcə xaricə getməyə ehtiyac qalmayacaq. Tibb elə bir sahədir ki, daim inkişafdadır. Bu baxımdan biz xarici həmkarlarımızla mütəmadi olaraq təmasdayıq. Ən modern tibbi yeniliklərin ölkəmizdə tətbiqi istiqamətində hər zaman effektli iş gedir. Həkimlərimiz dünyanın nüfuzlu tibbi mərkəzləri ilə inteqrasiyadan maksimum yararlanmağa çalışırlar. Pandemiya dövründə elmi-təcrübi mübadilə internet üzərindən aparılır. Bu texnologiyalardan istifadə edib xarici həmkarlarımızla əməkdaşlığı xeyli genişləndirmişik.

Fact-info.az

Baxış sayı : 607
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11