2021-05-16 09:55:06 | MƏDƏNİYYƏT
Azərbaycan xalçaları xaricdə nümayiş edilib

Azərbaycanın Xorvatiyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Zaqreb şəhərinin mərkəzi Nikola Şubiç Zrinski meydanında “Azərbaycan xalçaları” adlı sərginin rəsmi açılışı olub.

Sərgidə Qarabağ, Şirvan, Quba, Gəncə, Qazax və digər Azərbaycan xalçaçılıq məktəblərinə məxsus xalçaların yüksək keyfiyyətli şəkilləri xüsusi işıqlandırma ilə yerli sakinlərin və qonaqların gəzinti üçün sevdikləri məkanda nümayiş edilib. Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sərginin açılış mərasimindəki çıxışında qeyd edib ki, xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir parçasıdır və hazırkı sərgi iki həftə ərzində Zaqrebdə nümayiş olunacaq. Səfir bildirib ki, Azərbaycan qədim xalçaçılıq sənətinin yarandığı dünya mərkəzlərindən biri olmuş və xalçaçılıq Azərbaycan xalqının zəngin mənəvi dünyasını, dünyagörüşünü, dini inancını və həyat fəlsəfəsini əks etdirib. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar, Azərbaycan xalçaçılıq məktəbləri barədə qonaqlara məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan xalçaları 2010-cu ilin noyabrında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış və Azərbaycan el sənətkarlarının yaratdıqları xalça sənəti inciləri yüzilliklər boyu dünyanın bir çox muzeylərini, o cümlədən Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Sankt-Peterburqun Ermitaj, Parisin Luvrnu bəzəyib. Tədbirdə Xorvatiyanın sabiq Prezidenti S.Mesiç, Parlamentin üzvü V.Kaytazi, Xorvatiya Respublikasında akkreditə olunmuş diplomatik korpus, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baxış sayı : 234
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11