2021-05-13 13:55:11 | CƏMİYYƏT
Bu park bizim gələcək nəsillərə bir qəhrəmanlıq, vətənpərvərlik nümunəsidir-Mehdi Cəlalzadə

Ölkə Prezidentinin fərmanı, tapşırığıyla yaradılan bu Hərbi Qənimətlər Parkı, belə hərbi qələbələrlə bağlı parklar dünyanın müxtəlif ölkələrində mövcuddur.

Lakin bizim 44 günlük müharibədə qazandığımız qələbə ilə bağlı bu Hərbi Qənimətlər Parkı isə öz unikallığı ilə fərqlənir. Məsələ burasındadır ki, Ali Baş Komandanımız, hörmətli İlham Əliyevin fərmanıyla yaradılmış bu parkdakı eksponatların mənası sırf bundan ibarətdir ki, yəni biz öz torpaqlarımızı düşmənlərdən azad etmişik. Yəni müharibə bizim işğal olunmuş torpaqlarımızda getmişdir.

Yəni işğalçıları öz torpaqlarımızdan qovmuşuq. Müharibə üçüncü, digər bir dövlətin ərazisində getməmişdir. Burada məhv edilmiş erməni tankları, əsgərləri bizim doğma torpaqlarımızda məhv edilib. Bu görüntülərdə bizim işğaldan azad olunmuş torpaqlarımızda olan görüntülərdir. Unikallığı da ondan ibarətdir ki. həqiqətən də bu park bizim gələcək nəsillərə bir qəhrəmanlıq, vətənpərvərlik nümunəsidir. Onların işğalçıalra, düşmənlərə qarşı qəzəb ruhunda böyüməsi, torpağın bir qarışının verilməməsi və s. barədəçox önəmli bir eksponatlardır.

Çox önəmli bir parkdır. Dünyanın digər ölkələrində yaşayan azərbaycanlılar üçün də gözəl bir yerdir. Onlarda gəlib buranı ziyarət edəcəklər. Həqiqətəndə Azərbaycan xalqının böyüklüyünü, vətənpərvərliyini, qəhrəmanlığını burda əyani şəkildə görəcəklər. Hesab edirəm ki, bu həm də ermənilərə bir göstəricidir, sərgidir. İndiki dövrdə biz bilirik ki, bəzi erməni millətçiləri revanşist ideyalarla yaşayırlar. Bu onlara da bir xəbərdarlıqdır. Qoy bilsinlər ki, istənilən işğalçılıq siyasəti, istənilən revanşizmin axırı bu cür olacaq.

Hesab edirəm ki, bu çox dəyərli, qiymətli və zamanında yaradılmış bir parkdır. Rusiyada da görmüşük ki, 2-ci Dünya Müharibəsinə aid yaradılmış park var. Amma bu səpkidə açıq havada deyil. Onlarda daha çox elektron daşıyıcılarda, kompüterlərdə belə şeyləri göstərirlər. Bizdə real döyüş səhnələri əyani şəkildə nümayiş etdirilir. Tankı özü, maket deyil, realdır. Düzdür erməni əsgərlərinin maketi var. Amma bir çox eksponatlar təbiidir. Birdaşa döyüş zonasından gətirilmiş qənimətlərdir, yəni maket deyil. Həqiqi tanklar, kaskalar, hərbi maşınlardır. Ona görə hesab edirəm ki, unikal parkdır.

Mehdi Cəlalzadə

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

Baxış sayı : 311
Zəngilanın Sarılı Xəştab kəndi - VİDEO 2021-06-21 08:50:01 Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub 2021-06-21 08:20:08 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 2021-06-21 07:55:47 İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib 2021-06-21 07:55:07 Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN 2021-06-21 06:50:29 Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib 2021-06-20 10:40:35 Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov 2021-06-20 08:50:44 Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq 2021-06-20 07:45:17 Milli Qəhrəmanımızın məzarı ziyarət olundu 2021-06-19 20:45:51 Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib 2021-06-19 11:25:19 Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir 2021-06-19 08:10:32 Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib 2021-06-19 07:30:24 Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib 2021-06-18 21:25:41 Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir 2021-06-18 21:10:30 Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər 2021-06-18 14:15:57 “Səhnədən səngərə” layihəsi şəhid Zamin Rəhimov haqqındadır 2021-06-18 09:40:52 Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür 2021-06-18 09:35:17 Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir 2021-06-18 08:55:15 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 2021-06-18 07:40:22 Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir 2021-06-18 07:35:18 Ana dilimizin tədqiqinə töhfə 2021-06-17 18:15:50 Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli 2021-06-17 10:15:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 2021-06-17 10:00:49 “Cənubi Qafqazda uzunmüddətli sülh istiqamətində işləməkdə qətiyyətliyik” 2021-06-17 09:15:42