2021-05-12 08:20:27 | AKTUAL
İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır

Rusiya xarici işlər naziri Lavrovun Ermənistan və Azərbaycana səfəri ikinci Qarabağ müharibəsindən sonra Bakı-İrəvan-Moskva münasibətləri və tərəflərin imzaladıqları 10 noyabr sazişinin həyata keçirilməsiylə bağlı yanaşma və niyyətləri, maraqları, perspektivə baxışları bir daha aydınlaşdırmağa imkan verdi.

Prezident İlham Əliyevin Naxçıvanda verdiyi açıqlamalar və Bakıda Lavrovla görüşdə çıxışı Bakının strateji yanaşmasına, planlarına, nəzərdə tutduğu risklər və gözləntilərinə aydınlıq gətirdi.

Dövlət başçısının fkirləri Rusiyada və İrəvanda səslənən açıqlamalar fonunda Bakının mövqeyi ilə əlaqədar meydana çıxan sualları cavabalanıdrmağa da ipucu verdi. Bu baxımdan qeyd etmək lazımıdr ki, Bakı bir daha göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsindən kənar Qarabağ böləgəsində ermənilərlə birgəyaşayış və Ermənistanla ikitərəfli normal münasibətlər qurulması variantlarını heç bir halda və şərtlərdə müzakirə etmək niyyətində deyil. Bu məsələlələrin müzakirəsi belə qəbuledilməz sayılır. Bakı Azərbaycanın suverenlilyi və ərazi bütövüyü çərçivəsində Qarabağ erməniləri və Ermənistan üçün iqtisadi imkanlar, təhlükəsiz mühit və hərbi əməliyyatların yenidən başlamayacağına, davamlı sülhə təminat verən həllər, yanaşma təklif edir. Bu srtategiya Ermənistanı blokadadan çıxaracaq, Rusiya ilə etibarlı kommunikasiyanı təmin edəcək, Türkiyə ilə münasibətləri normallaşdıracaq, Şimal-Cənub nəqliyyat dəhlizinin həlqəsinə çevirəcək, ölkəni hərbi xərclərdən azad edəcək. Bunun üçün Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddialarındanəl çəkməli, Qarabağ erməniləri ilə bağlı separatizmi dəsətəkləyən yanaşma və siyasətdən əl çəkməli, hərbi revanş planlarından, Azərbaycana qarşı ölkə daxilində və xaricində nifrət yaratmaq fəaliyyətlərindən uzaq durmalıdır. Əvəzində Azərbaycan və Türkiyə Ermənistanı blokadadan çıxarır, yeni iqtisadi imkanlar təqdim edirlər. Qarabağ ermənilərinə isə təhlükəsiz, dinc mühitdə yaşamaq, bütün haqq və hüquqların qorunması, Ermənistanla kommunikasiya vəd edilir. Azərbaycan bu strategiyanın gerçəkləşməsi üçün bütün resurs və imkanlarını səfərbər edib və ilk mərhələdə kommunikasiyaların açılması üçün çalışır, xoş niyyət nümayiş etdirir, Qarabağ ermənilərinin təchizatı, Ermənistanın təbii qazla təminatı üçün güzəştli mövqe tutur. Ermənistanda səslənən revanşist çağırışlara təmkinlə yanaşır. Bakı, həmçinin hərbi qüdrətini qoruyub saxlamaqla, hərbi əməliyyatrların bərpasına da hazır olduğunu göstərir.

Moska üçün Qarabağ müharibəsi və onun ətrafında baş verənlər daha geniş geosiyasi kontekstdə nəzərdən keçirilir. Bu Cənub Qafqazda möhkəmlənmək, hərbi iştirakına etibarlı təminatlar yaratmaq, region ölkələrinə təsir imkanlaırını saxlamaq,Türkiyə, İran, Qərb öləkələri ilə maraqlar mütənasibliyini qorumaq, tarixən zəif nöqtəsi sayılan Cənub cinahını etibarlı mühafizə etmək, Yaxın Şərq, Cənubi-Şərqi Asiya regionuna Qərbin təsirindən kənar nəqliyyat dəhlizləri açmağı ehtiva edir. Rusiya bu strategiya çərçivəsində maraqlarını təmin etmək üçün Ermənistana uzunmüddətli təsrini və hərbi iştirakını saxlamaq üçün təminatlar sistemi yaratmağı hədəfləyib. Ermənistan yenə əsas istinad məkanı olaraq nəzərdən keçirilir. Məhz bu hədəfə nail olmaq üçün ruslar İrəvan üçün imtiyazlar yaratmağa çalışır, əsassız iddialar üçün motivasiya yaradır, ermənilərin 10 noyabr sazişi ilə bağlı öhdəliklərdən yayınmağına dəstək verirlər. Qısası elə bir mühit yaratmağa çalışırlar ki, tərəflər müstəqil geosyasi əhəmiyyətli qərar verə bilməsinlər. Azərbaycan və Ermənistanın Moskvadan asılılığı yeni keyfiyyət alsın və davam etsin. Hələ ki, ruslar kommunikasiyaların açılması ilə bağlı detalları razılaşdırmaqda əsas rol almağa nail olmaq istəyirlər. Prezident İlham Əliyevlə görüşdə Lavrov buna açıq eyham vurdu: “Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri həmin ölkələrin liderləri tərəfindən yaradılmış işçi qrupu çərçivəsində müntəzəm olaraq görüşür, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə liderlərin razılaşmaları ilə əlaqədar praktiki aspektləri nəzərdən keçirir. Əlbəttə, bu, müxtəlif marşrutların çox müfəssəl müqayisəsi ilə bağlıdır. Lakin biz şübhə etmirik ki, bütün Cənubi Qafqaz dövlətlərinin və onların qonşularının maraqlarının balansına nail olmaq zərurəti nəzərə alınsa, - bu isə potensial baxımdan çox ciddi nəqliyyat habıdır, onun əhəmiyyəti regional çərçivələri aşır, - onda biz müasir, qlobal iqtisadiyyatda və logistik zəncirdə öz ortaq mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik”.

Lavrovun maraqlar balansı dediyi, əslinə Rusiyanın maraqlarına nisbətdə maraqlar tarazlığna nail olmaq nəzərdə tutlur. Yəni öncə rusların maraqları, daha sonra digərlərinin.

Prezident İlham Əliyevin Naxçıvan və Lavrovla görüşündəki açıqlamaları və qətiyyətli bəyanatları isə deməyə əsas verir ki, Bakı, Ankara ilə birlikdə Moskvanı bu cür maksimum yanaşmadan çəkindirməyə çalışır. Görünən budur ki, Bakı Rusiyaya bu cür yanaşmanın risklərini analiz etməklə, Kremli öz mövqeyni yenidən nəzərdən keçirməyə sövq edir. Məhz bu cür risklər ikinci Qarabağ savaşında Putinin mövqeyini şərtləndirdi. ABŞ-daki hakimiyyət dəyişikliyindən sonra bu risklər daha da aktuallaşıb. Yalnız Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bu riskləri azaltmağa kömək edə bilər.

Dünyada sürətlə dəyişən geosiyasi kontekst də ehtimal etməyə əsaslar verir ki, ruslar komromiss axtarmağa məcbur olacaqlar. Bütün bu proseslərə Ermənistana keçiriləcək 20 iyun parlament seçkilərinin nəticələri çox ciddi təsir edəcək. Paşinyan komandası mövqeyni qoruya bilsə ən azı Ermənistanın blokadadan çıxarılması strategiyası davam edəcək. Bu isə Azərbaycan və Türkiyə ilə kompomis nəzərdə tutur və razılaşmalar üçün yeni imkanlar deməkdir. Şərti olaraq revanşistlər adlandırdığımız qüvvələr üstün gəldiyi təqdirdə rusların yuxarıda qeyt etdiyim strategiyası üçün imkanlar artacaq. Bakı və Ankara 10 noyabr sazişinin nəticələrini qorumaq üçün daha gəgrin işləməli olacaqlar. Bölgədə gərginlik davam edəcək və bu yalnız Şimal və Cənub qonşumuzu qidlandıracaq, Ermənitan isə növbəti məğlubiyyətə qədər forpost olaraq qalacaq.

Zaur İbrahimli

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri,

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü

Baxış sayı : 146
Zəngilanın Sarılı Xəştab kəndi - VİDEO 2021-06-21 08:50:01 Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub 2021-06-21 08:20:08 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 2021-06-21 07:55:47 İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib 2021-06-21 07:55:07 Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN 2021-06-21 06:50:29 Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib 2021-06-20 10:40:35 Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov 2021-06-20 08:50:44 Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq 2021-06-20 07:45:17 Milli Qəhrəmanımızın məzarı ziyarət olundu 2021-06-19 20:45:51 Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib 2021-06-19 11:25:19 Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir 2021-06-19 08:10:32 Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib 2021-06-19 07:30:24 Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib 2021-06-18 21:25:41 Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir 2021-06-18 21:10:30 Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər 2021-06-18 14:15:57 “Səhnədən səngərə” layihəsi şəhid Zamin Rəhimov haqqındadır 2021-06-18 09:40:52 Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür 2021-06-18 09:35:17 Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir 2021-06-18 08:55:15 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 2021-06-18 07:40:22 Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir 2021-06-18 07:35:18 Ana dilimizin tədqiqinə töhfə 2021-06-17 18:15:50 Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli 2021-06-17 10:15:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 2021-06-17 10:00:49 “Cənubi Qafqazda uzunmüddətli sülh istiqamətində işləməkdə qətiyyətliyik” 2021-06-17 09:15:42