2021-05-05 09:30:30 | İQTİSADİYYAT
“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (CEPI) üzvlərinin növbəti görüşü keçirildi

CEPI üzvlərinin onlayn formatda görüşü keçirilmişdir. Tədbirdə “Equinor” şirkətinin ölkə üzrə meneceri Favad Qureyşi, BP-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Kazmunayqaz” şirkətinin vitse-prezidenti Kayrat Saktaganov və “Total EP Absheron” şirkətinin rəsmi nümayəndəsi Adil Babayev iştirak etmişlər.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, CEPI-nin İcra Komitəsinin sədri Rəfiqə Hüseynzadə görüşü açaraq, Təşəbbüs çərçivəsində indiyədək görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, CEPI-nin əsas fəaliyyət istiqaməti Xəzər regionunda ekoloji tarazlığa təhlükə yaradan fəaliyyətlərin qarşısının alınması, “Sıfır karbon hədəfləri”nin (NetZero) mümkün iqtisadi şərtlərlə dəstəklənməsi, Xəzər bölgəsində aparılan neft və qaz əməliyyatları zamanı ekoloji dayanıqlığın təşviq edilməsidir.

Rəfiqə Hüseynzadə öz çıxışında Qaradağ rayonunda yerləşən Sərəncə istehsalat ərazisində bir neçə ekoloji layihənin həyata keçirilməsini təklif etmişdir. Sərəncə məntəqəsinin istifadə təyinatı, coğrafi yerləşmə amili, habelə iqlim zonallığı nəzərə alınmaqla buradakı mövcud diizel generatorlarının ekoloji cəhətdən daha təmiz və effektiv olan qaz-turbin generatorları ilə dəyişdirilməsi fikri görüş iştirakçıları tərəfindən ekoloji cəhətdən daha təmiz texnologiyalara keçid baxımından müsbət qarşılanaraq yüksək dəyərləndirilmiş, gələcəkdə layihənin həyata keçməsi imkanlarının daha təfərrüatlı müzakirəsi, qiymətləndirilməsi haqqında qərar qəbul olunmuşdur.

Tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində tətbiq olunan yeni texnika və texnologiyalarla tanışlıq, habelə təcrübə mübadiləsinin aparılması məqsədi ilə CEPI-yə üzv şirkətlərin istehsalat ərazilərinə qarşılıqlı səfərlərin təşkil olunması planlaşdırılmışdır. Görüşdə ətraf mühitin qorunması istiqamətində CEPI çərçivəsində təbliğat-təşviqat işlərinin gücləndirilməsi məqsədilə kitab, jurnal, elmi məqalə və s. materialların nəşrinin nəzərdə tutulması, habelə istehsalat ərazilərində ağacəkmə kampaniyalarının keçirilməsi, yaşıllaşdırma işlərinin aparılması haqqında da qərarlar qəbul edilmişdir.

Tədbirin sonunda cari ilin 01-11 noyabr tarixlərində Birləşmiş Krallığın Qlazqo şəhərində keçiriləcək COP26 beynəlxalq konfransında CEPİ-yə üzv şirkətlərin nümayəndələrinin iştirakının nəzərdə tutulduğu bildirilmişdir.

Xatırladaq ki, CEPİ öz fəaliyyətinə 14 sentyabr 2020-ci il tarixində Bakı şəhərində “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün (Caspian Environmental Protection Initiative - CEPI) yaradılmasına dair SOCAR, “KazMunayGaz”, BP, “Total E&P Absheron B.V.” və “Equinor Absheron AS” şirkətləri arasında Anlaşma Memorandumunun imzalanması ilə başlamışdır.

Baxış sayı : 421
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11