2021-05-05 09:10:42 | MƏDƏNİYYƏT
“Xalçalarımız: dünənimiz, bu günümüz, sabahımız”

Mayın 4-də Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçalarımız: dünənimiz, bu günümüz, sabahımız” mövzusunda videokonfrans keçirilib. Konfrans 5 may - Xalçaçı Günü peşə bayramı münasibətilə gerçəkləşib

Videokonfransda çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə xalça sənətinin qorunması və inkişafına töhfələr verən xalça ustalarını peşə bayramları münasibətilə təbrik edib. Bildirib ki, maddi və mənəvi sərvətimiz olan xalçaçılıq sənəti Tunc dövründən başlayaraq bu günümüzə gəlib çatıb. Bu gün Azərbaycan xalçalarının sorağı dünyanın müxtəlif muzeylərindən gəlir.

Xalça sənətinin inkişafına dövlət qayğısından söz açan Sevda Məmmədəliyeva vurğulayıb ki, 2004-cü ildə “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun qəbul olunub, həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət başçısının 5 may 2016-cı ildə imzaladığı Sərəncama əsasən, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Artıq beşinci ildir ki, həmin tarix “Xalçaçı günü” kimi qeyd edilir.

Nazir müavini bildirib ki, Azərbaycan xalçaçılığının beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib: “Bu gün regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində müxtəlif dərnəklər açılır, toxuma kursları təşkil edilir. Kurslarda iştirak edən xalça həvəskarları bir-birindən gözəl nümunələr yaradırlar”.

Sevda Məmmədəliyeva çıxışının sonunda ümidvar olduğunu bildirib ki, yaxın zamanda Xalça Muzeyinin Şuşa filialı yenidən bərpa ediləcək və Qarabağ xalçaları doğma yurdunda sərgilənəcək.

“Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, “Azərxalça”nın 21 filialında 1200-dən çox işçi çalışır. O əlavə etdi ki, son zamanlar orijinal xalçalarla bərabər, saxta xalçalar da yayılır: “Bizim əsas məqsədlərimizdən biri onların qarşısını almaqdır. Bunun üçün hamımız əl-ələ verib xalçaçılıq sənətimizi qoruyaraq gələcək nəsillərə ötürməliyik”.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov qeyd edib ki, ölkəmizdə heç bir evi xalçasız təsəvvür etmək mümkün deyil. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, ona həm də sənət əsəri kimi yanaşılır.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bu gün ölkəmizdə xalçaçılıq sənətinin çiçəklənmə dövrünü yaşadığını deyib: “Həm qədim xalçalarımız, həm də müasir rəssamların ərsəyə gətirdikləri xalçalar dünyanın müxtəlif muzeylərində saxlanılır”.

Şirin Məlikova muzeyin fəaliyyəti, həmçinin kompleksdə saxlanılan nadir xalçalar haqqında da məlumat verib. Bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində aparılan çoxsaylı elmi tədqiqat ekspedisiyalarının nəticəsi olaraq muzeyin fondu ölkənin maddi mədəni sərvətləri ilə zənginləşib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalça sənətinin inkişafı istiqamətində görülən işlərdən danışıb: “Xalçalardakı naxış sistemləri ağılın, onların üzərində işlənilən ornamentlər, rənglər isə ürəyin simvoludur. Xalçaçılıq, sadəcə, mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir. Bu xəzinəni qoruyub gələcək nəsillərə ötürmək isə hər kəsin borcudur”.

Daha sonra Lənkəran, Quba, Qazax, Xaçmaz, Gəncə, Oğuz, Zərdab, Tərtər, Yevlax, Şabran və Samux rayonunda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorları çıxış edərək xalçaçılığın mövcud vəziyyəti barədə məlumat veriblər.

Baxış sayı : 615
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32