2021-05-05 08:35:18 | SİYASƏT
Ermənistanda demoqrafik vəziyyəti əks etdirən rəqəmlər həyəcan təbili çalır

Ermənistanda vəziyyət getdikcə daha da pisləşir, bu da mahiyyət etibarilə cəmiyyətdə özünü büruzə verir və gərgin ab-hava yaşanır.

Şübhəsiz ki, burada əsas səbəb Azərbaycana ağır məğlubiyyətdirsə, digər səbəbləri də vurğulamaq lazımdır. Əvvəla, müharibədə məğlubiyyətdən sonra xalq artıq əmin oldu ki, hakimiyyət onlara illərlə yalan danışıb. Elə bu inamsızlığın nəticəsidir ki, xalq nə hakimiyyətə inanır, nə də orduya. Beləliklə, vətəndaşlar artıq övladlarını orduya göndərmək istəmirlər. Bununla yanaşı, müharibədə iştirak etmiş şəxslər də heç bir yardım ala bilmir, onların statusunun müəyyənləşdirilməsində ciddi problemlər mövcuddur. Ölkənin demoqrafik vəziyyətini əks etdirən rəqəmlər isə həyəcan təbili çalır. Belə ki, Ermənistanı tərk edənlərin sayında artım müşahidə olunur, bu isə ölkədə demoqrafik vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir.

Fact-info.az-ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq vurğulayıb ki, müharibədən sonrakı dövrdə Azərbaycanın işğal edilmiş torpaqlarını talamaqla öz güzəranını təmin edən ermənilər indi çox çətin vəziyyətdədirlər, nə edəcəklərini bilmirlər. Buna səbəb Ermənistanda əsas sosial problemlərdən biri olan işsizlikdir. Ölkə əhalisinin böyük hissəsi çıxış yolunu qazanc dalınca digər ölkələrə üz tutmaqda görür. Ermənistanın təkcə Şirak rayonunun kişi əhalisinin 70 faizi hazırda Rusiyadadır. On minlərlə erməni gənc ölkəni tərk edərək xarici ölkələrə köçür. 1990-cı illərin əvvəlləri ilə müqayisə etsək, əhalinin sayı əhəmiyyətli dərəcədə azalıb.

Ermənistan əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır. Yerevandan kənarındakı yaşayış məntəqələri yoxsulluğun bariz şəkildə göstərir. Eyni zamanda, ölkədə səhiyyə sistemi bərbad durumdadır, dərman çatışmazlığı müşahidə olunur. Ermənistanda yoxsulluq dərinləşir, insanlar iş tapa bilmirlər, iqtisadiyyat defolt həddindədir. Bu ölkədə gələcək üçün heç bir perspektiv mövcud deyil.

Ermənistanda korrupsiya da geniş vüsət alıb. Ümumiyyətlə, Paşinyanın atdığı qeyri-müəyyən addımlar hazırkı iqtidarın istər siyasi, istər iqtisadi, istərsə də hərbi konsepsiyasının olmadığından xəbər verdi. Paşinyan hakimiyyətə gəldikdən sonra qısa müddətdə korrupsiyanın səviyyəsi aşağı ensə də, sonrakı dövrdə yenidən kəskin artıb. Ermənistan iqtisadiyyatı o qədər tənəzzülə uğrayıb ki, bu, çox acınacaqlı nəticələr verə bilər. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı həm də logistik nəqliyyatdan asılıdır, buna görə də tək çıxış yolu nəqliyyat dəhlizlərinin açılması və Azərbaycanla münasibətlərini normallaşdırmaqdan ibarətdir.

Baxış sayı : 435
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32