2021-05-04 08:25:49 | SİYASƏT
Ermənistandakı siyasi uçurum elə bir həddə qədər irəliləyib ki, ölkə çalxalanır

Ermənistandakı siyasi uçurum elə bir həddə qədər irəliləyib ki, artıq məlum fiasko iqtisadiyyata da açıq-aşkar şəkildə sirayət etməkdədir, ölkə çalxalanır.

Ermənistandakı siyasi uçurum elə bir həddə qədər irəliləyib ki, artıq məlum fiasko iqtisadiyyata da açıq-aşkar şəkildə sirayət etməkdədir, ölkə çalxalanır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, vəziyyət son dərəcə gərgindir: “Ağız deyəni qulaq eşitmir. Bir az imkanı, pulu olan Ermənistanı tərk edir. Hamı qaçır. Ya da qaçmağa macal, fürsət gəzir. Təsəvvür edin ki, Ermənistanın Şirak rayonunun kişi əhalisinin 75 faizi hazırda Rusiyadadır. Qalan bölgələrdəki durum da təxminən bu rəqəmə yaxındır. Bilirsinizmi niyə? Çünki əhali anlayır ki, Ermənistanın gələcəyi yoxdur. Onu, idarəçiləri bərbad günə qoydular və qoymağa davam edirlər. Nağıllar söyləyə-söyləyə, əfsanələr danışa-danışa, davamlı yanlışlar edə-edə. Yaxşı bəs bu proseslərin sonu necə olacaq?

Şəxsən mənim qənaətimcə bu, artıq elə sondur. Bundan o tərəfi yoxdur. Hətta deyərdim ki, Ermənistan hazırda ümumiyyətlə dövlət kimi yox olmaq təhlükəsi ilə üzbəüzdür. Onsuz da hər zaman kiminsə yedəyi kimi gəzib-dolanıblar və bir azdan bu yedəklik rəsmiləşəcək”.

E.Musayev bildirib ki, Ermənistan bu qədər rabitəsiz, dağıdıcı, terrorist siyasətlə əsla və əsla tam ola bilməz, qala bilməz, davam edə bilməz: “Çünki nə vətəndaş rəhbəri eşidir, nə də rəhbər vətəndaşı. Çünki oğrudurlar, terroristdirlər, saxtakardırlar. Çünki aşağı-yuxarı hamısı eyni ağıldadır, hamısının beyni yuyulub, hamısı öz gələcəyini illüziyalar üzərində qurub. Ona görə də məlum vəziyyətə gəliblər. Ona görə sürünürlər. Ona görə çabalayırlar. Qaça bilən qaçıb canını qurtarır, qalan məhv olur. Hərçənd, bu rəzil durumu haqq ediblər. Hər yerdə, hər addımda uduzmağı haqq etdikləri kimi, fiaskonu, bədbad günə qalmağı, sürünməyi də haqq ediblər”.

Baxış sayı : 121
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32