2021-05-03 08:45:18 | AKTUAL
Əcnəbi media ermənilərin Ağdamda törətdiyi vəhşilikdən yazıb

İordaniyalı tədqiqatçı və jurnalist Ömər Əl-Armuti rəhbəri olduğu “Nayrouz” informasiya agentliyinin saytında azərbaycanlı jurnalist Süleyman İsmayılbəylinin işğaldan azad olunmuş Ağdam haqqında ərəb dilinə tərcümə edilmiş məqaləsini yayıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Evlərinin damları olmayan Ağdam” sərlövhəli məqalədə ermənilərin işğalı dövründə bu şəhərdə çoxlu vandalizm aktları törədildiyi, Ağdamın tamamilə viran qoyulduğu diqqətə çatdırılıb. Müəllif yazır: “Avtobusumuz Bərdə rayonunu keçdikdən sonra gördüklərim məndə fərqli hisslər – qürur, məyusluq və təəssüf doğurdu. Əvvəl mövcud olmuş təmas xəttini keçdikdən sonra Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin rəşadətindən qürur hissi keçirdim. Orada ermənilərin inşa etdikləri 200-300 metrlik istehkamlar onların Azərbaycan əsgərindən nə qədər qorxduğunun əlaməti idi. Düşmən Ağdamda demək olar hər qarışı, hər küçəni minalayıb. Bu şəhərdə olduğum 6 saat müddətində gördüm ki, ermənilər ərazinin 95 faizinə minalar basdırıb. Bunun əsas hissəsi atəşkəsdən sonra vaxt qazanmaq üçün edilib. Belə ki, 10 noyabr razılaşmasından sonra Azərbaycanın humanist yanaşmasından sui-istifadə edən ermənilər Ağdamın bütün ərazisini minalayıblar. İndi onlar minaladıqları ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edirlər. Bu səbəbdən ərazinin minalardan təmizlənməsi əməliyyatları mürəkkəb və olduqca təhlükəli şəraitdə aparılır”.

Məqalədə ətrafı yaşıllıqlar olan şəhərdə hər addımda görünməmiş vəhşiliklər, vandalizm və cinayətlərin izləri olduğu, düşmənin şəhəri viran qoymaqla yanaşı, Ağdamın zəngin təbiətini də məhv etdiyi bildirilib. Müəllif yazıb: “Bu səbəbdən bir zamanlar füsunkar təbiəti ilə məşhur olan şəhərdə baharın gözəlliyi, yazın nəfəsi də hiss olunmurdu. Səmada quşlar da görünmürdü. Onlar da düşmənin vəhşiliyinə görə bu yerləri tərk edib. Ağdamda həyat yoxdur, bu şəhər sanki ruhlar məkanına çevrilib. Mən bu ifadəni təsadüfən işlətmirəm; qəddar düşmən məzarlıqlarda da dəhşətli vandalizm aktları törədib, qəbirləri qazaraq insanların nəşini ətrafa tullayıb. Sanki mərhumların ruhları ətrafda dolaşırdı. Bu yerlərdə Xocalı şəhidlərinin də uyuduğu onlarla belə məzarlıq vardı. Bu qəbiristanlıqlarda qazılmış məzarları görəndə düşündüm: axı, insan bu cür vəhşilikləri necə törədə bilər? Azərbaycana və azərbaycanlılara qarşı kin və nifrətin ölülərdən qisas almaq qədər vəhşiliyə səbəb olması insanın qanını dondurur. Bu məzarlıqlarda hər hansı bir baş daşı, yaxud mərhumun nəşini tapa bilməzsən. Ermənilər onların hamısını məhv ediblər”.

Baxış sayı : 130
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32