2021-05-01 18:35:50 | SİYASƏT
“Ağdam Xirosima və Naqasakini xatırladır" - Korotçenko

“Kim burada olursa, həmin insanda bura atom bombası atıldığı hissi yaranır”.

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Ağdamda səfərdə olan Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

İ. Korotçenko deyib ki, dağıdılmış Ağdam atom bombasının atılması nəticəsində dağılmış Xirosima və Naqasakini xatırladır:

“Ermənilər burada, əlbəttə, atom bombası partlatmayıblar, onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar. Dağıntıların miqyası insanı dəhşətə salır. Hazırda dünyada əyani surətdə vandalizm, nifrət və düşmənçiliyin nəticələrini göstərən belə yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyi buna beynəlxalq tribunalda cavab verməlidir. Bu əməli bağışlamaq mümkün deyil. Bu, insanlığa qarşı cinayətdir. Birinci və İkinci Qarabağ müharibəsini alovlandıran erməni siyasətçilər, bu vandalizmi törədən, 1 milyondan artıq azərbaycanlını doğma torpaqlarından qovan erməni hərbçiləri və erməni silahlıları törətdikləri hərbi cinayətlərə görə cavab verməlidirlər".

“Biz bilirik ki, bu yaraları sağaltmaq, Azərbaycan şəhərlərini, yaşayış məntəqələrini bərpa etmək üçün uzun müddət, on illər lazımdır”.

İqor Korotçenko deyib ki, Azərbaycanın bu yöndə siyasi iradəsi var:

“Biz əminik ki, müəyyən zaman ərzində işğaldan azad edilmiş ərazilər Azərbaycanın cənnətinə çevriləcək. Azərbaycan xalqı çox zəhmətsevər, dözümlü, səbrli xalqdır, dağıntıları bərpa edəcək. Bərpa edilən şəhərlər, bərpa olunan Qarabağ ölkəsinin suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həyatını qurban verən azərbaycanlıların xatirəsinə ən yaxşı abidə olacaq”.

Baxış sayı : 119
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32