2021-05-01 08:25:55 | AKTUAL
Fransa portalı: Ermənistan azad olunmuş ərazilərdəki minaların xəritəsini Azərbaycana verməkdən imtina edir

Fransanın “musulmansenfrance.fr” xəbər portalında Azərbaycanın yeganə fransızdilli mətbu orqanı olan “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın “Bayden, Makron və Qarabağın minalanmış ərazilərinin xəritəsi...” sərlövhəli məqaləsi yayımlanıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra Qarabağda ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bu günədək təhvil verilməməsi faktına diqqət çəkilir, aprelin 24-də ABŞ Prezidenti Co Baydenin qondarma “soyqırımı” açıqlaması və Fransa Prezidenti Emmanuel Makronun həmin tarixdə ermənilərə özünün “Twitter” hesabında verdiyi dəstəyə toxunulur, həmçinin Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməklə beynəlxalq hüququ pozmaları qeyd olunur.

Müəllif Prezident İlham Əliyevin Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğana telefon zəngini və ABŞ Prezidentinin çıxışını tarixi bir səhv adlandırdığını xatırladaraq Vaşinqton bəyannaməsinə etiraz edən və Türkiyəyə dəstək verən ilk ölkənin Azərbaycan olduğunu bildirir.

Həmçinin qeyd olunur ki, Azərbaycan çoxsaylı erməni hücumlarına məruz qalıb. 1988-ci ilin fevralından 1994-cü ilin mayınadək Azərbaycanın Qarabağ bölgəsində baş verən Birinci Qarabağ müharibəsinin Ermənistan dövlətinin irredentist hərəkətlərinin nəticəsidir. 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların yenidən başlaması beynəlxalq qurumların diqqətsizliyini tamamilə nümayiş etdirdiyini vurğulayan jurnalist, nəhayət, Azərbaycan Ordusunun 44 günlük müharibədəki Qələbəsindən sonra noyabrın 10-da İkinci Qarabağ müharibəsinin bitməsi ilə bağlı üçtərəfli atəşkəs Bəyanatının Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalandığına diqqət çəkir.

Müəllif vurğulayır ki, müharibədən bir neçə ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad edilmiş ərazilərdəki minaların xəritəsini verməkdən imtina edir. 2020-ci ilin noyabrından bəri Qarabağda mina partlaması nəticəsində 22 azərbaycanlı mülki və hərbçi həlak olub, 100 nəfər yaralanıb. Bu münasibət müharibə cinayəti kimi dəyərləndirilməlidir.

Sonda jurnalist bununla Ermənistanın 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, habelə Konvensiyanın İkinci Protokolunu, həmçinin Birləşmiş Millətlər Təşkilatının 1999-cu il tarixli Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu qeyd edir. Bildirilir ki, Konvensiyaya görə, münaqişə tərəfləri müharibə bitdikdən sonra minalardan təmizlənmiş ərazilərin xəritələrini təqdim etməyi və piyada əleyhinə minalardan istifadə etməməyi öhdələrinə götürürlər.

Baxış sayı : 117
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32