2021-04-30 08:10:01 | MƏDƏNİYYƏT
“Aşıq Ələsgər – 200” adlı virtual sərgi

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib.

Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan olan Aşıq Ələsgər aşıq poeziyasını zənginləşdirib. Həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib. Dövrünün tanınmış görkəmli aşıqlarından dərs alan Aşıq Ələsgər özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü ən gözəl şəkildə büruzə verməkdədir.

Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aşıq Ələsgər–200” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu, eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Asiq_Elesger_200/index.htm linkindən istifadə edə bilərlər.

Baxış sayı : 125
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32