2021-04-28 21:50:24 | İQTİSADİYYAT
“International Finance” jurnalı Petkim-i “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görüb

Petkim “International Finance” jurnalının Beynəlxalq Maliyyə Mükafatları çərçivəsində verdiyi “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına, SOCAR Türkiyə Təbii Qaz Bölməsinin maliyyə direktoru Betül Sarıkaya isə “Ən yaxşı qadın maliyyə direktoru” mükafatına layiq görülüb.

Türkiyənin ən böyük birbaşa xarici investoru SOCAR Türkiyə dünya şöhrətli, nüfuzlu “International Finance” jurnalının hər il elan etdiyi Beynəlxalq Maliyyə Mükafatları (International Finance Awards) çərçivəsində bu il iki fərqli kateqoriya üzrə mükafata layiq görülüb. Mərkəzi İngiltərədə yerləşən jurnalın “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” (Best Working Capital Management) mükafatatı Türkiyədə Petkimə, “Ən yaxşı qadın maliyyə direktoru” (Best Women CFO) mükafatı isə SOCAR Türkiyə Təbii Qaz Bölməsinin maliyyə direktoru Betül Sarıkayaya verilib.

Beynəlxalq arenada böyük nüfuza sahib olan “International Finance” jurnalının eyni zamanda iki mükafatına layiq görülməyinin qürurverici olduğunu deyən SOCAR Türkiyə Emal və Neft-Kimya Bölməsinin maliyyə işləri üzrə vitse-prezidenti və Petkim-in baş maliyyə direktoru Elçin İbadov bildirmişdir: “Bu mükafatların bütün dünyanın üzləşdiyi mürəkkəb pandemiya dövründə verilməsi çox dəyərlidir. Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi Petkim bu müddətdə SOCAR Türkiyənin digər şirkəti STAR NEZ ilə inteqrasiya halında işləyərək, neft-kimya xammalına ehtiyacını fasiləsiz və yüksək keyfiyyətlə təmin etmə üstünlüyünə sahib oldu. Bunun sayəsində Petkim logistika xərclərində ciddi qənaətə nail oldu. Həyata keçirdiyimiz məhsuldarlıq və rəqəmsallaşma layihələri ilə yanaşı, məzənnə və faiz riskləri ilə maliyyə alətlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması və dövriyyə kapitalının səmərəli idarəedilməsinin təsiri ilə Petkim olduqca uğurlu maliyyə nəticələrinə imza atdı. 2020-ci ildə əməliyyat gəlirliliyini əvvəlki ilə nisbətən 21% artıraraq 1,9 milyard TL-yə çatdıran Petkim-in ehtiyatlar, debitor borcları, nağd pul və borc idarəçiliyi sahəsində göstərdiyi nəticələrin “Best Working Capital Management” kateqoriyasında mükafata layiq görülməsinə görə böyük fərəh duyuruq.”

Baxış sayı : 315
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11