2021-04-27 09:45:33 | MÜSAHİBƏ
Asiya və Sakit Okean hövzəsi: dünyanın yeni bölgəsinə uğurlu siyasi çıxış

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında iştirakı və çıxışı Azərbaycan reallıqlarının və perspektivlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından çox önəmli bir hadisədir.

Fact-info.az-ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib: “Birincisi, Azərbaycan Prezidentinin ölkəmizin üzv olmadığı bir regional birliyə aid Komissiyasının işinə dəvət alması faktının özü ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunu nümayiş etdirir. Bu, BMT kimi qlobal təşkilat tərəfindən Azərbaycanın geostrateji əhəmiyyətinin region və qitə səviyyələrini aşaraq bütövlükdə dünya üçün beynəlxalq əhəmiyyət kəsb etməsinin etirafıdır. Şübhəsiz, bu həm də öz-özlüyündə Azərbaycan Prezidenti tərəfindən aparılan ardıcıl və səmərəli siyasətin bəhrəsidir”.

C.Feyziyev qeyd edib ki, Prezident İlham Əliyev qısahəcmli çıxışında Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rol, bölgədə apardığı konstruktiv siyasət və eləcə də ölkədə həyata keçirilən nəhəng bərpa-quruculuq işləri haqqında hərtərəfli dolğun məlumatlar verdi. Pandemiya ilə bağlı dövlətimizin beynəlxalq miqyasda və ölkə daxilində gördüyü tədbirlərin nisbətən yeni auditoriyanın diqqətinə çatdırılması Azərbaycanın dünya miqyaslı təhlükənin dəf olunmasında oynadığı qlobal rolu ortaya çıxardı. Dövlətimizin başçısının “vaksin millətçiliyi” ilə bağlı söylədiyi fikirlər Azərbaycanın qlobal miqyaslı bir problemin aradan qaldırılmasında beynəlxalq ədalətə sadiqliyini və beynəlxalq həmrəyliyə nail olmaq səylərini nümayiş etdirdi.

Bildirilib ki, bölgəmizdə və Azərbaycandakı mövcud vəziyyəti şərh edən Prezident İlham Əliyev çıxışında son 30 ildə Cənubi Qafqazda baş vermiş hadisələrin qısa və anlaşıqlı mənzərəsini yaratdı. Azərbaycanın işğal altında qalmış torpaqlarını azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə yerinə yetirdiyini diqqətə çatdırdı. Bu çıxış bölgəmiz, eyni zamanda, Azərbaycanın bu regionda oynadığı rol haqqında ən vacib məlumatların Asiya və Sakit Okean hövzəsi ölkələrinin daha geniş dairələrinə uğurlu təqdimatı və tanıdılması oldu. Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub istiqamətlərində siyasi, iqtisadi və humanitar əlaqələrin mərkəzində yer aldığını və son illər ərzində bu əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün zəruri infrastrukturun yaradılması istiqamətində irəli sürülmüş təşəbbüslərin və həyata keçirilən layihələrin diqqətə çatdırılması Asiya və Sakit Okean hövzəsi ölkələrində Azərbaycanın geostrateji mövqeyi barədə aydın təsəvvür formalaşdırdı. Vətən müharibəsindən sonra ölkəmizdə və xüsusilə, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa işləri haqqında verilən məlumat və region dövlətlərinin bu nəhəng layihələrin icrasında fəal iştiraka dəvət olunması Azərbaycanın qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığa açıq olduğunu göstərdi. Tezliklə həyata keçirilməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin açılacağı barədə verilən anons da Şərqlə Qərb arasında birbaşa bağlantını təmin edən vacib nəqliyyat həlqəsi kimi Asiya və Sakit Okean ölkələrinin maraqlarına uyğun olması şübhəsizdir. Prezidentin çıxışının bu hissəsində “Zəngəzur dəhlizi” ifadəsinin yer alması da təsadüfi deyil. Tarixi həqiqətlərin bərpa olunması baxımından bu terminin beynəlxalq siyasət leksikasına və beynəlxalq səviyyəli danışıqların və nəticə etibarilə beynəlxalq səviyyəli sənədlərin mətninə gətirilməsi də ölkə başçısının düşünülmüş siyasətidir və böyük rəğbətə layiqdir.

Deputat vurğulayıb ki, Asiya və Sakit Okean hövzəsi ölkələrində bölgəmiz haqqında kifayət qədər səhih məlumatın olmadığını nəzərə alsaq, Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı bugünkü çıxışı dünyanın bizim üçün nisbətən yeni bir bölgəsinə Azərbaycanın uğurlu siyasi çıxışı kimi dəyərləndirə bilərik. Bu açılmanın ölkəmiz üçün faydalı bəhrələri özünü çox gözlətməyəcək.

Baxış sayı : 723
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25