2021-04-27 09:25:19 | SİYASƏT
Əcnəbi media erməni saxtakarlığından yazır

“Nex24.news” portalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının müəllifliyi ilə “Azərbaycan: Ermənistanın “yoxa çıxmış kilsə” ilə bağlı ittihamları qəbuledilməzdir” başlıqlı məqalə dərc olunub.

Müəllif məqalədə Azərbaycanın dini azlıqların hüquqlarına hörmətlə yanaşmasına və onların dini abidələrini qorumasına, habelə bu sahədə mövcud beynəlxalq hüquqi öhdəliklərə riayət etməsinə baxmayaraq, Ermənistan və havadarları tərəfindən saxta məlumatlar tirajlanmaqla ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdirilməsindən yazır. Qeyd olunur ki, “BBC News” bu il martın 25-də Azərbaycanın Cəbrayıl şəhərində "Erməni kilsəsinin yoxa çıxması” mövzusunda xəbər yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də UNESCO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı “mədəniyyət cinayətinin” törədilməsi barədə iddiaları qəbuledilməzdir. Cəbrayıl rayonunda kilsənin “yoxa çıxması” ilə bağlı iddiaya münaqişə kontekstində yanaşılaraq nəticə çıxarılmalıdır. İddianın saxta olduğunu faktlarla sübuta yetirən müəllif diqqətə çatdırır ki, sözügedən “ibadətgah” Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın suveren ərazisini işğal altında saxladığı dövrdə - beş il əvvəl azərbaycanlılara məxsus abidələrin dağıntıları üzərində, qeyri-qanuni olaraq tikilib. Hətta o vaxt ATƏT-in Minsk qrupunun həmsədrləri də Cəbrayıldakı “ibadətgah”ın hərbi birləşmənin bir hissəsi kimi erməni əsgərləri üçün inşa edildiyini bildirib və Azərbaycan buna dövlət səviyyəsində etiraz edib. Bu baxımdan heç bir vəchlə 5 il əvvəl işğalçı tərəfindən şəxsi məqsədlər üçün qanunsuz inşa edilmiş bir tikili tarixi-mədəni abidə hesab oluna bilməz.

Baxış sayı : 261
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05