2021-04-24 09:30:19 | SİYASƏT
Politoloq: Ermənistan Qərbin əlində region ölkələrinə qarşı alətə çevrilib

Hazırda Ermənistanda mövcud olan vəziyyət hər şeyi deyir. Ermənistan hakimiyyətinin atdığı ziddiyyətli addımlar, xalqla olan münasibət açıq-aydın onu göstərir ki, o, yalnız sözdə xalq hakimiyyətidir.

Ermənistan siyasi rəhbərliyi həmişə iddia edir ki, onu xalq seçib və hakimiyyətə gətirib. Amma təəssüflər olsun ki, bu, belə deyil. Paşinyan avtoritar idarəçilik yürüdür və vətəndaşlara təzyiq göstərir, aksiyaları dağıdır və onların təşkilatçılarını həbs etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Paşinyan hakimiyyəti kənardan idarə olunur və həmin qüvvələrin diktəsi ilə siyasi qərarlar qəbul edir. Ermənistanın siyasi rəhbərliyinin atdığı addımları da onu göstərir ki, Paşinyan Qərbin təsiri altında regionda vəziyyəti mürəkkəbləşdirmək və gərginliyi davam etdirməkdə maraqlıdır.

İ.Vəlizadənin sözlərinə görə, müxtəlif mənbələr və dəlillər onu göstərir ki, Paşinyanın hakimiyyətə gəlməsinin səbəbləri Soros fondu və bu fonda yaxın olan dairələrdir. Bu qüvvələrin Ermənistanda öz maraqları var. “Soros fondu Ermənistan vasitəsilə onun qonşularına təsir etməyə çalışır və Cənubi Qafqaz regionunda öz maraqlarını güdür. Bu da Ermənistanın qonşu ölkələri olan Türkiyə və Azərbaycana aiddir. Yəni, Ermənistan Qərbin əlində həmin ölkələrə qarşı alətə çevrilib. Soros fondunun Ermənistan hakimiyyəti ilə əlaqələri bunu deməyə əsas verir”, - deyə politoloq əlavə edib.

O bildirib ki, erməni lobbisi və onun əlaltılarının anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti Corc Sorosun maraqları ilə uzlaşır. Burada məqsəd bu ölkələri sıxışdırmaq və regionda onların nüfuzlarını sarsıtmaqdır. Bu qüvvələrin məkrli planlarını həyata keçirmələri üçün Nikol Paşinyanın hakimiyyətə gəlməsi şərt idi. Qonşu Rusiyaya qarşı da belə münasibət sərgilənməkdədir. İndi Paşinyan özünü nə qədər ruspərəst göstərsə də, əslində, Sorosun və Qərb havadarlarının təsiri altındadır. Ermənistan destruktiv siyasət yürütməklə regionda gərginlik yaradır və bu da təbii olaraq region ölkələrini ciddi narahat edir. Postmünaqişə və postmüharibə dövründən sonra yeni reallıqlar yarandığı bir vaxtda isə bu, yolverilməzdir.

Politoloq vurğulayıb ki, üçtərəfli Bəyanatın bəndlərinə əsasən, Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Amma Ermənistan bu Bəyanatın bəndlərinə etinasızlıqla yanaşır və onları yerinə yetirmək istəmir. Bu da təbii ki, regiondan uzaqda olan qüvvələrin marağındadır.

Baxış sayı : 349
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42