2021-04-21 07:50:16 | AKTUAL
Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb

Almaniyanın “nex24.news” portalında Nabi Yücelin müəllifliyi ilə “Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı istismarda günahlandırır” başlıqlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni vəziyyətdən bəhs olunur. Bildirilib ki, Qarabağ uğrunda Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə 2020-ci il noyabrın 10-da sona çatıb və müharibənin nəticəsində bölgədə nəinki yeni siyasi, eləcə də yeni iqtisadi vəziyyət yaranıb. Belə ki, işğalı olunmuş Dağlıq Qarabağ və yeddi ətraf rayon qızıl, mis və digər qiymətli metal resursları ilə zəngindir. Onilliklər boyu bu sənaye sahələrindən əldə olunan gəlirlər faktiki olaraq qondarma “Dağlıq Qarabağ Respublikasını” (DQR) ayaqda saxlamağa kömək edib. Qeyd olunub ki, 2019-cu ildə qondarma DQR-in Ümumi Daxili Məhsulunun (ÜDM) 13 faizi bu mədənlərin istismarından əldə edilib. Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejim müxtəlif yollarla xarici şirkətləri işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz olaraq sərmayə qoymağa cəlb ediblər. Bu beynəlxalq konvensiyalara zidd olub. Müharibəyə qədər Azərbaycan hökumətinin icazəsi olmadan işğal olunmuş Azərbaycan ərazilərində 69 xarici şirkət fəaliyyət göstəririb. Bunlar əsasən ABŞ, Kanada, Fransa, İsveçrə, Avstraliya, Almaniya və sair ölkələrdən olan şirkətlər olub. Məlumata görə, işğal olunmuş ərazilərin 35 faizi 20 il müddətinə əcnəbilərə və əcnəbi şirkətlərə icarəyə verilib. İşğal altında olan meşələrin 37 faizi isə əcnəbi sahibkarlar tərəfindən idarə olunub.

Azərbaycan illər boyu Ermənistanı mədənlərin qanunsuz istismarını dayandırmağa çağırıb və beynəlxalq ictimaiyyətin bu məsələyə reaksiya verəcəyinə ümid edib. Lakin bu ümidlər nəticəsiz qalıb. Müharibədən sonra ərazilərin işğaldan azad olunması ilə mədənlər yenidən Azərbaycanın nəzarətinə keçib. Azərbaycan Ermənistanı və işğal altında olan ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətləri istismarda ittiham edir və onlara qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağı planlaşdırır.

Baxış sayı : 113
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32