2021-04-21 06:40:13 | QHT VƏ MEDİA
Böyük Qayıdış nə vaxt başlayacaq?

Böyük Qayıdışın nə zaman reallaşacağı torpaqlarımız işğaldan azad olunandan sonra daha çox səslənən suallardandır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, növbəti 3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq və tikinti işlərinin fəal fazasında olacağıq.

Bunu "facebook" sosial şəbəkəsində iqtisadçı deputat Vüqar Bayramov yazıb. V. Bayramov qeyd edib ki, hazırda intensiv şəkildə aparılan infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq. "İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən, əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq. Eyni zamanda, qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə real addımlar atılmağa başlanılıb. Gözlənilir ki, həmin müddətdə Zəngəzur dəhlizi də istifadəyə hazır olacaq. Sözügedən dövrdə bu istiqamətdə Azərbaycan daxili bütün nəqliyyat və logistik infrastruktur tamamlanacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz. Beləliklə, 4 mərhələli Qayıdış Planının ilkin mərhələləri üçün yol-xəritəsinin detalları bəllidir. Bundan sonra məhz məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq".

Baxış sayı : 125
“Şuşada tikiləcək məscid vətənimizin tacı olacaq” 2021-05-13 13:00:35 Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05