2021-04-19 06:45:54 | QHT VƏ MEDİA
“Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər

Fransanın “Le Monde” nəşrində Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa işləri, Qarabağda müharibə bitdikdən sonra Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafı barədə məqalə dərc olunub.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanla Ermənistan arasındakı müharibənin rəsmi Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə soyuqluq yaratdığı bildirilir. Qeyd olunur ki, müharibə zaman Türkiyə Azərbaycana böyük dəstək verdi, rəsmi Paris isə Yerevanın tərəfini tutdu. Bu gün Fransanın aparıcı şirkətləri Qarabağdakı böyük tikinti layihələrindən kənarda qalmaqdan ehtiyat edirlər. Bir sıra şirkətlərin rəhbərləri mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb və azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verilib. Diqqətə çatdırılıb ki, Qarabağda inşasına başlanan hava limanının tikinti işləri avqustun sonunadək tamamlanacaq. Bu hava limanı Qarabağın incisi olan Şuşa şəhərinə xidmət edəcək. Bu, Azərbaycanda Bakıdakı hava limanından sonra əhəmiyyətinə görə ikinci aeroport olacaq. Türk şirkətləri azad olunmuş ərazilərin bərpasına fəal şəkildə cəlb ediliblər.

Həmçinin vurğulanıb ki, rəsmi Paris Cənubi Qafqazdakı mövqeyini sakitcə balanslaşdırmağa çalışır və bu məqsədlə fevralda dövlət katibini Azərbaycana göndərib.

Məqalədə bir neçə fransız deputat öz təşəbbüsləri ilə Azərbaycana səfərindən də söz açılıb. Bildirilib ki, səfərdən sonra həmin deputatlar Milli Assambleya və Senatda beynəlxalq hüquqa zidd olaraq qəbul edilmiş, heç bir hüquqi əsası olmayan qətnamələrdən sonra bu iki ölkə arasında münasibətlərin bərpa edilməsinin zəruriliyini vurğulayıblar.

Yazıda vurğulanır ki, Fransa erməniləri dəstəklədiyi üçün Azərbaycan xalqı da fransız şirkətlərinin ölkədəki böyük layihələrdə iştirakını qəbul etməz.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəzetin sualını cavablandıraraq hazırda fransız şirkətlərinin əlverişsiz vəziyyətdə olmasının siyasi səbəblərdən asılı olmadığını bildirib. Amma qeyd edib ki, məsələn, Türkiyə kimi bəzi ölkələrə daha çox üstünlük verilir.

Baxış sayı : 129
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32