2021-04-12 08:55:29 | MÜSAHİBƏ
Vüqar Məmmədov : “Tibbi sığortanın tətbiqi səhiyyə mədəniyyətinin inkişafına dəstək olacaq”

Tibbi sığortanın tətbiq olunduğu ərazilər genişlənib. Ekspertlərin qənaətincə, tibbi sığorta ölkə səhiyyəsinin inkişafında mühüm hadisəyə çevriləcək. Fact-info.az saytına açıqlamasında Fagma Tibb Mərkəzinin həkimi Vuqar Məmmədov bir sıra maraqlı məqamlara toxunub.

Onun fikrincə, Azərbaycanda bu sistemə keçid zəruridir. Tibbi sığorta ən məqbul və effektli variantdır. Bugünkü vaxtda əhaliyə normal tibbi xidmət göstərmək üçün tibbi sığorta ən optimal vasitədir və bunun alternativi yoxdur. Biz həkim kimi belə optimal sistemə keçidi müsbət dəyərləndiririk. Düşünürəm ki, yeni tətbiq olunan sistem həkimlərimizin də işinə müsbət təsir göstərəcək. Çünki ödənişli səhiyyə sistemində bəzən xəstələrimiz maliyyə tapa bilmədiklərinə görə, həmin vəsaitləri ödəyə bilmirdilər. Artıq tibbi sığota vasitəsilə bu proses həyata keçiriləcək. Xəstəliyi olan insanlar bu vəsaitlərdən istifadə etməklə müalicə alacaq. Bu qaydada insanlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar. Bu model sayəsində insanlar hər zaman, əllərində maliyyənin olub-olmamasından asılı olmayaraq dövlətin zamanət verdiyi tibbi xidmətləri pulsuz əldə edəcəklər.

- Bu sistemə cəlb olunan xəstəxanalar və tibbi heyət bu sistemə hazır olacaqmı?

- İcbari tibbi sığorta sisteminə qoşulan xəstəxanalar tələblərə cavab verməlidir. Belə ki, xəstəxanada təminat verdiyimiz xəstəliklər üzrə ixtisaslaşmış mütəxəssislərin olması çox vacibdir. Çünki düşünürük ki, xəstənin harada yaşamasından, yaşından asılı olmayaraq, onun müalicəyə əlçatanlığı olmalıdır. Əsas məqsəd odur ki, xəstə xəstəxanada keyfiyyətli xidmət alsın. Ümid edirəm ki, bu prosesdə həkimlər öz işinin öhdəsindən gələсək. Bundan əlavə bizim kadr problemlərimiz yoxdur. Həm ölkəmizdə, həm də xaricdə təhsil almış peşəkar kadrlarımız var.

-Bütün bu proseslər səhiyyə mədəniyyətinin inkişafına təkan verə bilərmi?

- Əslində bu proses səhiyyə sahəsində müsbət dəyişikliyə gətrib çıxaracaq. Ən əsası tibbi sığortanın tətbiqi səhiyyə mədəniyyətinin inkişafına dəstək olacaq. Çünki səhiyyə mədəniyyəti, tibbi təfəkkür çox vacib məqamdır. Bu istiqamətdə geniş maarifçilik işi aparılmalıdır. Xüsusilə, azyaşlılar, yeniyetmələr arasında tibbi təfəkkürü genişləndirmək üçün bu istiqamətdə zəruri addımlar atılmalıdır.

Fact-info.az

Baxış sayı : 691
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11