2021-04-07 07:40:20 | MÜSAHİBƏ
"Azərbaycan müharibə zamanı da beynəlxalq hüquq çərçivəsində hərəkət edib"

Beynəlxalq hüquq üzrə ixtisaslaşmış bir qrup fransız vəkil Fransa hökumətinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqelərini əks etdirən, rəsmi Parisi Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasında qərəzsiz və fəal rol oynamağa çağıran petisiya ünvanlayıb. Petisiyanın müəllifləri arasında olan Paris Vəkillər Kollegiyasının üzvü, vəkil Yasin Yakouti sözügedən sənədlə bağlı AZƏRTAC-a müsahibə verib.

Vəkil bildirib ki, sənəddə 2014-cü ildən əsil mahiyyəti təhrif olunan, 2020-ci ilin payızında baş verən müharibə nəticəsində həllini tapan Ermənistan-Azərbaycan münaqişəsinə tarixi və hüquqi kontekstdə baxılmasından söhbət gedir. Belə ki, beynəlxalq hüquqa, eləcə də Fransanın konstitusiya hüququna, rəsmi Parisin beynəlxalq öhdəliklərinə zidd olaraq parlament, bələdiyyə və siyasi partiyalar səviyyəsində qəbul olunmuş qərarlar, edilən çıxışlar və verilən bəyanatlar Qarabağ münaqişəsinin mahiyyətini və səbəblərini təhrif edib, əsil həqiqətlər isə ört-basdır edilib. Bu petisiyanın məqsədi münaqişənin beynəlxalq hüquqi aspektlərini Fransa hökumətinə və cəmiyyətinə xatırlatmaqdır. Həmçinin burada Fransa hökumətinin diqqəti 30 illik münaqişənin ciddi humanitar fəsadlarına da çəkilir.

Yasin Yakouti deyib ki, hökumət, ilk növbədə, Fransa-Azərbaycan və Ermənistan-Azərbaycan münasibətlərinə dair yanaşmanı müəyyənləşdirərkən beynəlxalq hüquqa və rəsmi Parisin öhdəliklərinə riayət etməyə çağırılıb.

“Eyni zamanda, millət vəkillərini, eləcə də siyasi liderləri Azərbaycana qarşı qeyri-qanuni hücumları və hərəkətləri dayandırmağa çağırdıq. Çünki bunun əks-nəticə verdiyini, Fransanın bölgədəki nüfuzuna və ona olan etimada zərbə vurduğunu düşünürük. Biz Fransanı istədiyi mövqeni deyil, məhz beynəlxalq hüquqa riayətə əsaslanan mövqe tutmağa dəvət edirik. Həmçinin biz Fransa hökumətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icrasını dəstəkləməyə, BMT Nizamnaməsi, eləcə də BMT Baş Assambleyasının 1970-ci il 24 oktyabr tarixli Bəyannaməsi və 1975-ci il Helsinki Yekun Aktında yer alan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına töhfə verməyə çağırırıq”, - deyə vəkil qeyd edib.

O deyib ki, vəkillərin müraciəti beynəlxalq hüququn norma və prinsiplərinin mütləq aliliyinə əsaslanır. Buna görə də Fransa- Azərbaycan münasibətlərinin ölkələrin suverenliyi, ərazi bütövlüyü və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi prinsiplərə qarşılıqlı hörmət əsasında normallaşdırılması üçün əlindən gələni etməsi üçün hökumətə müraciət ünvanlamışıq. Bu kontekstdə, hökuməti münaqişə və Azərbaycan ərazilərinin işğalı zamanı onun mədəni dəyərlərinə dəymiş zərərin qiymətləndirilməsi üçün UNESCO-nun missiyasının Azərbaycana göndərilməsini dəstəkləməyə çağırırıq.

“Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa uyğunluğu açıq və mübahisəsiz olsa da, münaqişə tərəflərini fərqləndirmirik. Amma həqiqətən də Azərbaycan həm münaqişə dövründə, həm 28 illik danışıqlar prosesində, həm ötən ilin payızındakı müharibə zamanı hər zaman beynəlxalq hüquq çərçivəsində hərəkət edib. Müraciətimizin əsas mesajı odur ki, beynəlxalq hüquq prinsipləri pozulanda münaqişələr baş verir. Biz vəkillər bunu digərlərindən daha aydın görür və anlayırıq. Buna görə də yeganə çıxış yolunu - beynəlxalq hüquqa ciddi şəkildə riayət olunmasını təklif edirik. Bu, sülh, təhlükəsizlik və inkişaf üçün ən möhkəm təməldir”, - deyə vəkil vurğulayıb.

Baxış sayı : 434
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11