2021-04-02 07:40:58 | AKTUAL
İşğaldan azad olunmuş rayonlarda Yanğından Mühafizə hissələrində görüşlər keçirilib

31 mart – 1 aprel 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonlarında fəaliyyət göstərən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə hissələrində görüşlər keçirilib.

FHN-dən bildirilib ki, tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin olunması zamanı canlarını fəda vermiş şəhidlərimizin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun böyük şücaəti və misilsiz qəhrəmanlığı sayəsində qazanılmış parlaq qələbə münasibətilə hər kəsi təbrik edərək, bu qələbənin əldə olunması yolunda ölkə başçısının həyata keçirdiyi uzaqgörən siyasətindən geniş bəhs edib. Qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf stategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz ilbəil gücləndi, iqtisadi və hərbi qüdrəti durmadan yüksəldi, beynəlxalq imici möhkəmləndi. Bütün bunlar və xalqımızın milli həmrəyliyi nəticəsində cəmi 44 gün ərzində erməni işğalçıları torpaqlarımızdan qovuldu və ərazi bütövlüyümüz təmin olundu. Natiq qeyd edib ki, erməni barbarlığının qurbanı olaraq viran qoyulmuş bu ərazilər ölkə başçısının müdrik rəhbərliyi altında qısa müddətdə əsl cənnətə çevriləcək. Daha sonra ermənilərin azərbaycanlılara qarşı tarixən törətdiyi soyqırımı barədə danışan M.İsmayılov ermənilərin bu qanlı cinayətlərinin Azərbaycan xalqının yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırıb. Həmçinin, bu qan yaddaşının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə toxunaraq qeyd edib ki, Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu çərçivədə, ermənilərin xalqımıza qarşı soyqırımı siyasətinin ifşa edilərək dünya birliyinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun verdiyi töhfələr xüsusi qeyd olunmalıdır.

Baxış sayı : 156
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32