2021-03-30 08:15:15 | SİYASƏT
Ermənilər məqsədli şəkildə hərbi təyinatı olmayan əraziləri də minalayıblar

Uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər Vətən müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər.

Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. Lakin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələri hələ də Azərbaycana verilməyib.

Fact-info.az-ın məlumatına görə,bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, erməni tərəfi bununla da beynəlxalq hüququ pozur, Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini təqdim etməkdən boyun qaçırmaqla növbəti hərbi cinayət törədir.

Millət vəkilinin sözlərinə görə, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm də mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar:

“Ermənilər öz çirkin xislətlərinə sadiq qalaraq hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Onlar bunu məqsədli şəkildə ediblər, məqsəd də, təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr Bəyanatına əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir. Yəni Ermənistan öz təxribatlarını, cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən, Ermənistan bu xəritələri qarşı tərəfə təqdim etməlidir. Xəritələri verməkdən boyun qaçırmaq beynəlxalq hərbi cinayətdir.

Millət vəkilinin fikrincə, bütün bunlar bir daha Ermənistanın faşist ideologiyasına xidmət etdiyini təsdiqləyir: “Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə qarşı etiraz səsini ucaltmalıdır. Amma təəssüf ki, dünya ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərmir. Beynəlxalq birliyin bu məsələdə susqunluğu çoxlu sayda günahsız insanların minaların qurbanı olmasına səbəb ola bilər. Ona görə də, dünya birliyi Ermənistanı məcbur etməlidir ki, minalanmış ərazilərin xəritələrini təqdim etsin”.

Baxış sayı : 421
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03