2021-03-29 16:45:38 | SİYASƏT
Müharibə və soyqırımı cinayətləri beynəlxalq hüquq kontekstində mövzusunda dəyirmi masa keçirilib

Martın 29-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşkilatçılığı ilə “Müharibə və soyqırımı cinayətləri beynəlxalq hüquq kontekstində” mövzusunda dəyirmi masa təşkil olunub.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Milli Məclisin deputatlarının da iştirak etdikləri tədbirin məqsədinin 31 mart soyqırımı qurbanlarının xatirəsini yad etmək və Ermənistanın törətdiyi cinayətləri bir daha xatırlatmaq olduğunu deyib. İcma sədri qeyd edib ki, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səviyyələrdə törədilən cinayətlər hər kəsə məlumdur. Bu cinayətləri bütün dünya görüb və bilir. Artıq buna beynəlxalq siyasi qiymət verilib. Amma biz bunun beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsini istəyirik.

Tural Gəncəliyev ermənilər tərəfindən Xocalıda törədilən faciənin dünyada ən ağır cinayətlərdən biri olduğunu bir daha xatırladıb. O deyib: “Xocalı qətliamı insanlığa qarşı törədilən ən dəhşətli cinayətlərdən biridir. Dövlət siyasəti terrora xidmət etmək olan Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə fərdi cinayət prinsipi əsasında qiymət verilməlidir. Onlar beynəlxalq hüquq qarşısında öz əməllərinə görə layiqli cavablarını alacaqlar”.

Milli Məclisin deputatı Nizami Səfərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan çıxışlarında Ermənistan tərəfindən ölkəmizə qarşı müxtəlif səviyyələrdə cinayətlərin törədildiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ermənilər uzun illər ərzində Azərbaycan xalqına qarşı həm insanlıq əleyhinə, həm də müharibə cinayətləri törədiblər. Deputat qeyd edib ki, hər zaman sülhün tərəfdarı olan Azərbaycanın münaqişənin qan tökülmədən həllinə çalışsa da, qarşı tərəfin günahı səbəbindən onun bu istəyi reallaşmadı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İndi əsas məsələ kompensasiya, yəni, bizə vurulan ziyanın ödənilməsidir.

Azərbaycana qarşı ikili standartlar siyasətinin yürüdüldüyünü bildirən deputatın sözlərinə görə, 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi yaradılıb və 2002-ci il iyulun 1-də onun qanunları qüvvəyə minib. Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərə müharibəyə qədər və ya müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş adamöldürmə, əhalini məhvetmə, kölə vəziyyətinə salma, deportasiya, zorlama, işgəncələr, siyasi, irqi və ya dini səbəblərə görə təqibetmələr aiddir. Xalq olaraq biz bunların əksəriyyətini görmüşük. Beynəlxalq Cinayət Məhkəməsi iddia edir ki, Xocalı faciəsi onun təsis edilməsindən əvvəl törədildiyi üçün Nizamnaməyə əsasən o, bu faciəni törədənləri cəzalandırmaq imkanına malik deyil. Bu, ikili standartlardan başqa bir şey deyil.

Nizami Səfərov diqqətə çatdırıb ki, Azərbaycan hər zaman beynəlxalq hüquq normaları çərçivəsində siyasət yürüdür. Azərbaycan dövlət və ölkə olaraq ermənilərin bizə qarşı törətdiyi cinayətlərə hüquqi qiymət verilməsini tələb edir. Ermənistan terrorçu siyasət yürüdür və o, cəzasız qalmamalıdır. İnanırıq ki, Azərbaycana dəymiş ziyan ödəniləcək və xalqımıza qarşı cinayət, faciə törədənlər cəzalarını alacaqlar”.

Fərdi cinayət məsələsinə diqqət çəkən deputat ölkəmizin vətəndaşlarına zərər verənlərin Azərbaycanın qanunları çərçivəsində cəzalandırılmasının mümkünlüyünü qeyd edib.

Baxış sayı : 424
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54