2021-03-29 08:15:55 | SİYASƏT
Əcnəbi media: Ərazilərin minalardan təmizlənməsi Ermənistanla Azərbaycan arasında sülh üçün ilkin şərtdir

İtaliyanın nüfuzlu “İl Giornale” qəzetinin xüsusi buraxılışı olan “İnsideover” analitik portalında italyan jurnalist Emanuel Pietrobonun müəllifi olduğu “Ərazilərin minalardan təmizlənməsi Ermənistanla Azərbaycan arasında sülh üçün ilkin şərtdir” sərlövhəli məqalə dərc edilib.

Müəllif məqalədə ötən ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycanın 30 il Ermənistan işğalı altında qalan əraziləri üzərində suverenliyini bərpa etdiyini, 1992-ci ildən bəri ilk dəfə olaraq bu il Şuşada Novruz şənliyi keçirdiyini bildirir. Vurğulanır ki, 1990-cı illərin əvvəllərində işğal edilmiş rayonların azad olunması ilə nəticələnən müharibədən dərhal sonra Prezident İlham Əliyev qısa müddətdə işğaldan azad edilmiş ərazilərin bərpası və Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən nəqliyyat infrastrukturu ilə bağlı yol xəritəsi müəyyənləşdirib.

Jurnalist yazır ki, Ermənistan rəhbərliyi Naxçıvanla Azərbaycanın əsas hissəsinin nəqliyyat əlaqəsinin bərpasına mane olmaq üçün Zəngəzur dəhlizinin yaradılması işlərini qəsdən ləngidir, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda normal həyata qayıdış və nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün vacib olan ərazilərin minalardan təmizlənməsi kimi fundamental məsələlərdə əməkdaşlıq etmək istəmir.

“İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq üç aydan çox vaxt keçib, ancaq Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməyib. Bu davranış həm Azərbaycan, həm də Rusiya üçün ciddi fəsadlara gətirib çıxarır. İndiyədək 17 mindən çox partlayıcı maddə zərərsizləşdirilib, lakin ərazilərin minalardan təmizlənməsi zamanı rus sülhməramlıları arasında ölüm və yaralanma halları da qeydə alınıb”, - deyə jurnalist vurğulayır. Həmçinin diqqətə çatdırılır ki, azad edilmiş ərazilərdə dekabrdan bəri mina partlayışları nəticəsində 12 mülki azərbaycanlı həyatını itirib, 14 nəfər isə yaralanıb.

Məqalədə qeyd olunur ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması fonunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək üçün səfərbər olub və bununla bağlı dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlayıblar.

Jurnalist, eyni zamanda, İtaliyanın da bu məsələ ilə bağlı mövqeyinə toxunub. Bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında fəal iştirak edən və bir çox sahələrdə rəsmi Bakının əsas tərəfdaşı olan İtaliya Azərbaycanın müraciətlərinə biganə qalmayıb.

Məqalədə, həmçinin martın 2-də İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul edilən qətnamədə rəsmi Bakının 9 noyabr tarixli üçtərəfli bəyanata tam əməl etməsinin Ermənistanın diqqətinə çatdırıldığı, sülhün və mülki şəxslərin həyatının qorunması üçün rəsmi İrəvanın konstruktiv addımlar atmağa çağırıldığı qeyd olunub.

Baxış sayı : 415
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03