2021-03-27 10:00:39 | SİYASƏT
XİN Ermənistanın Azərbaycanın azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddialarına cavab verib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddialarını şərh edib.

XİN-in Mətbuat xidməti idarəsindən bildiriblər ki, bununla bağlı açıqlamada deyilir: “Martın 25-də “BBC News” Azərbaycanın Cəbrayıl şəhərində “Erməni kilsəsinin yoxa çıxması” barədə xəbər yayıb. Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin UNESCO üzrə Ermənistan milli komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddialarını qətiyyətlə rədd edirik.

Azərbaycan Respublikası mədəniyyətin və dini müxtəlifliyin qorunmasına sadiqliyini dəfələrlə təsdiqləyib və bu, dəyişməz olaraq qalır.

İddia olunan “yoxaçıxma” məsələsinə kompleks şəkildə baxılmalıdır. Sözügedən ibadətgah beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarda Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilib və 1993-cü ildə qanunsuz işğala qədər həmin ərazilərdə yalnız etnik azərbaycanlılar məskunlaşmışdı. İbadətgah Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikilib.

2017-ci ildə Azərbaycan Respublikasının Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciətindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Cəbrayıldakı ibadətgahı ziyarət etməyi qəbul ediblər. Azərbaycan Respublikası erməni qüvvələrinin işğal olunmuş ərazilərimizin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirməsindən ciddi narahatlığını bildirib. ATƏT-in Minsk qrupunun həmsədrləri bu səfərdən sonra ibadətgahın Cəbrayıldakı hərbi birləşmənin bir hissəsi olaraq erməni əsgərləri tərəfindən istifadə edilməsi üçün tikildiyi qənaətinə gəliblər.

Yalnız beş il əvvəl tikilən və inşası tam şəkildə Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətgah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz.

Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinin dağıdılmasının beynəlxalq media tərəfindən geniş işıqlandırılması və bu ərazilərin hətta “Ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” kimi adlandırılması Ermənistanın vandalizmini, Azərbaycanın tarixi, mədəni və dini irsinin dövlət səviyyəsində dəstəklənən qəsdən məhv edilməsi siyasətini açıq şəkildə nümayiş etdirdi.

Azərbaycanın irsini qəsdən hədəfə alan, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirən, o cümlədən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var.

Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi onilliklər ərzində beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib. Bu həqiqət 2005-ci ildə nəşr olunan UNESCO-nun Fəaliyyət Hesabatında da açıq şəkildə əksini tapıb. Hesabatda bildirilirdi ki, Azərbaycan hökuməti Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə mədəni irsin qorunması ilə bağlı narahatlığını ifadə edib və bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsini xahiş edib, lakin missiyanın qarşısı bu ərazilərin Ermənistan hərbi qüvvələri tərəfindən işğalı səbəbindən alınıb.

Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir. Bu xüsusda UNESCO ilə konstruktiv dialoq aparılır və ümid edirik ki, bu missiya tezliklə baş tutacaq.

Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır”.

Baxış sayı : 400
TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50 İƏT faktaraşdırıcı missiyasının Qarabağla bağlı hesabatı qəbul edilib 2021-11-25 14:15:24 “TRT World” telekanalı Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edib 2021-11-25 10:20:27 Azərbaycanlı tədqiqatçı İtaliya mediasında Qarabağ həqiqətlərindən və Ordumuzun Zəfərindən yazıb 2021-11-25 09:55:23 Azərbaycanla bağlı müsbət təəssüratlarımdan biri də bu ölkənin müxtəlif mədəniyyətlərə göstərdiyi hörmətdir - ABŞ səfiri 2021-11-25 09:30:46 Ermənilər yüzlərlə ziyarətgahımızı, abidəmizi yer üzündən silib - DQİDK-nin sədr müavini 2021-11-25 09:00:01 Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür 2021-11-25 07:35:18 Ağdamın İlxıçılar kəndi - Video 2021-11-24 14:40:12 Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq 2021-11-24 09:50:23 Əl-Cəzirə telekanalında Cənubi Qafqazda baş verən proseslər haqqında danışılıb 2021-11-24 09:10:08 “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub 2021-11-24 08:30:42 Kəlbəcərdə hərbi hissələr elektrik enerjisi ilə təmin edilib 2021-11-24 08:10:11 Nizami Gəncəvi irsində elm anlayışı və elmi kəşflərə baxış 2021-11-24 07:45:48 Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb 2021-11-23 19:10:41 Fransa Minsk Qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirə bilmir 2021-11-23 11:20:36