2021-03-25 08:10:27 | SİYASƏT
"Erməni əsirlərinə qarşı pis rəftarın iddia edildiyi hesabat qərəzlidir"

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” təşkilatının 19 mart 2021-ci il tarixli hesabatında Ermənistan əsirlərinə qarşı pis rəftara dair iddialarına münasibət bildirib.

Məlumatda deyilir:

"Biz təəssüflə qeyd edirik ki, “Human Rights Watch” (HRW) təşkilatının bu yaxınlarda Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunun iddia edildiyi hesabatı qərəzli yanaşmanı əks etdirir və beynəlxalq ictimaiyyəti çaşdırır.

Münaqişələr, onların nəticələri, müharibə əsirləri, iddia edilən beynəlxalq humanitar hüququn pozulması və s. kimi həssas mövzulara dair hər hansı bir hesabatda obyektivlik prinsipinə riayət olunmalı və birtərəfli mövqedən yayınmaq üçün yalnız yoxlanılmış faktlardan və əsaslandırılmış arqumentlərdən çıxış edilməlidir. Müstəqil beynəlxalq və yerli insan hüquqları qurumları kimi etibarlı mənbələr tərəfindən təqdim olunan materiallara və faktlara da istinad edilməlidir. Təəssüf ki, HRW hesabatında bu prinsipləri görmürük. Əksinə, yenə də bu baxımdan ikilistandartlara, həqiqətin və danılmaz faktların təhrif olunmasına şahid oluruq.

HRW təşkilatından onlara qarşı birbaşa şahidi olduqları pis rəftarla bağlı ətraflı məlumat verə biləcək keçmiş azərbaycanlı müharibə əsirlərini, o cümlədən birgə tutulduqları və ya eyni kameralarda saxlanıldıqları digər müharibə əsirləri barədə də araşdırma etməsini və onlardan müsahibə almasını gözləyirik. Ən azından öz hesabatlarını yaymazdan öncə, HRW Ermənistan əsirliyindəsaxlanılan Azərbaycanın müharibə əsirləri və girovlarına qarşı rəftar barədə Azərbaycan Ombudsmanının hesabatı ilə tanış ola bilərdi.

Azərbaycan Ombudsmanının hesabatında azad olunmuş əsir və girovlara qarşı rəftar haqqında onların öz ifadələri yer alıb. Məsələn, Ombudsmanın şəxsən apardığı söhbət zamanı müharibə əsirlərindən biri iti metal çubuqla vurulduğunu, digəri isə elektrik cərəyanı verilməsinə məruz qaldığını, digər biri isə dəfələrlə siqaret alışqanı ilə yandırıldığını söyləyib.

Ombudsmanla təkbətək görüş zamanı azad edilən əsirlərdən olan hərbi qulluqçu döyüş əməliyyatları zamanı iriçaplı silahdan atılan atəş nəticəsində sol ayağından və sağ gözündən ağır yaralandığını bildirmişdir (güllə gözünün aşağı hissəsinə girərək ağız boşluğundan çıxıb). Həmin gecə damağındakı damarda qanaxma olduğu üçün erməni həkim ağrıkəsici və ya digər anestezik vasitələrdən istifadə etmədən təxminən 3 saat ərzində onun damağına tikişlər qoyub. Bundan əlavə, xəstəxanada tibb bacıları ona alkoqol şprisi vuraraq dediklərini təkrarlamasını tələb ediblər, lakin əsir onların dediyini etmədikdə, daha çox işgəncə və digər pis rəftara məruz qalmaqda davam edib.

Əsirlikdə olan zaman onlara ailə üzvləri və yaxınları ilə ünsiyyət qurmaq üçün heç bir fürsət yaradılmayıb. Yuxarıda qeyd olunanlar HRWtəşkilatının nəzərinə çatdırmaq istədiyimiz hallardan sadəcə bir neçəsidir. Daha ətraflı məlumatı Azərbaycan Ombudsmanının Ermənistan əsirliyində olan Azərbaycan əsirlərinə qarşı pis rəftara dair son hesabatında tapmaq mümkündür. Erməni əsgərləri tərəfindən Azərbaycan əsirlərinə qarşı işgəncə və pis rəftarın danılmaz faktlarını göstərən videoların keçidləri də hesabatda öz əksini tapıb.

Beynəlxalq humanitar hüquq silahlı münaqişə tərəflərindən əsirlərə hər vəziyyətdə insani münasibət göstərməsini tələb edir. Qeyd etmək istərdik ki, HRW üçüncü Cenevrə Konvensiyasının tərəflərini bu Konvensiyanın tələblərinə cavab verməyə çağırarkən qərəzsiz mövqe tutmalıdır.

Eyni zamanda bildirilməlidir ki, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli birgə Bəyanata tam riayət edilməklə bütün erməni hərbi əsirlər Ermənistana geri qaytarılıb. Həm birinci, həm də ikinci Qarabağ Müharibəsi zamanı ölkəmizin haqq səsinə, Azərbaycanın mülki əhalisinə qarşı Ermənistan silahlı qüvvələrinin törətiyi müharibə cinayətləri barədə dəfələrlə edilən çağırışlarına aşkar biganəlik nümayiş etdirilib. Qeyd olunanlar və Ermənistanın siyasi və hərbi rəhbərliyinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlayaraq, bir milyon insanı didərgin salaraq, döyüş əməliyyatları zamanı istifadəsi qadağan olunmuş silahlar ilə mülki şəxsləri hədəf alaraq, o cümlədən işğal altında olan ərazilərdə basdırılmış minaların xəritələrini açıqlamaqdan imtina etdərək və Azərbaycan əsirlərinə işgəncə verərək törətdiyi cinayətlərə göz yummaq ədalət anlayışına heç də uyğun deyil.

Ombudsmanın Azərbaycan əsirlərinə qarşı pis rəftarla bağlı məruzəsində Ermənistan tərəfindən girov götürülmüş üç azərbaycanlı mülki şəxsin məsələsi də əks olunur. Onlardan biri - Həsən Həsənov işgəncələrə məruz qalıb və vəhşicəsinə öldürülüb. Digər ikisi - Dilqəm Əsgərov və Şahbaz Quliyev 6 il ərzində müxtəlif fiziki zorakılığa məruz qalıblar ki, bu barədə dəfələrlə Ombudsman müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Bu şəxslərazad edildikdən sonra Azərbaycan Ombudsmanının onların hər biri ilə görüşü və verdikləri ifadələr haqqında ətraflı məlumat hesabatda yer alıb.

Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan Ombudsmanı geri qaytarılmadan öncə Ermənistan əsirləri ilə görüşüb və onların saxlanma şəraitlərini araşdırıb. Onların ailə üzvləri və ya qohumları ilə telefon əlaqəsi təmin edilib. Ombudsman onlara öz dillərində olan Avropa İnsan Hüquqları Konvensiyasını təqdim edib və hüquqlarını izah edib. Bununla bağlı Azərbaycan Ombudsmanının sözügedən hesabatında və rəsmi internet səhifəsindədaha çox məlumat əldə etmək mümkündür.

Yekun olaraq, HRW təşkilatının qərəzsiz mövqe tutmalı və obyektiv bir araşdırma aparmalı olduğunu düşünürük. HRW və digər əlaqədar təşkilatları nifrətə və insan hüquqlarının daha da pozulmasına səbəb ola biləcək hər hansı bir qərəzli hesabat və ya bəyanat yaymaqdan çəkinməyə çağırırıq".

Baxış sayı : 308
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54