2021-03-24 09:15:42 | İQTİSADİYYAT
Nəqliyyat infrastrukturunun inşası Cənubi Qafqazda iqtisadi inkişafa müsbət təsir göstərəcək

.

Nəqliyyat infrastrukturunun inşası Cənubi Qafqazda iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Bunu İtaliyanın "Agenzia Nova" agentliyinə müsahibəsi zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq əsasında bərpa etilməsi ilə başa çatması 1990-cı illərin əvvəllərində etnik təmizləmə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən öz torpaqlarından qovulmuş yüz minlərlə azərbaycanlı qaçqının öz evlərinə qayıtmağına imkan verəcək:

"Biz postmünaqişə reabilitasiyası və dinc formada birgə yaşayışın bərpasında yeni bir səhifə açırıq. Burada əsas məsələ Ermənistan və Azərbaycan arasındakı razılaşmaların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq düzgün bir şəkildə həyata keçirilməsidir. Bu, bölgədə davamlı sülh, təhlükəsizlik, sabitlik və rifahın yeganə yoludur. Bununla əlaqədar İtaliyaya hökumət və parlament səviyyəsində 10 noyabr tarixli bəyanata verdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm".

Sülhməramlıların Qarabağ regionunda rolu haqqında danışan Ceyhun Bayramov bildirib: "Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən, postmünaqişə zonasında yerləşdiriliblər".

Nazir əlavə edib ki, 2020-ci il noyabr ayının sonunda Ermənistandan Azərbaycan ərazisinə təxribat qrupunun girməsi istisna olmaqla, bu günə qədər bəyanatla bağlı heç bir ciddi pozuntu olmayıb:

"Digər bir təhlükəsizlik təhdidi isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalar və partlamamış hərbi sursatlarla sıx şəkildə minalanmasıdır. Bu günə qədər Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bu isə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və çoxsaylı insan tələfatına səbəb olur".

Nazir əlavə edib ki, nəqliyyat infrastrukturunun yaradılması Cənubi Qafqazda müsbət iqtisadi inkişafa səbəb ola bilər:

"Yeni nəqliyyat xətti Azərbaycanı təxminən 30 ildir Ermənistan tərəfindən mühasirəyə alınan Naxçıvanla birləşdirəcəkdir. Bu, həmçinin Cənubi Qafqaz ölkələri və qonşuları arasında əlaqəni yaxşılaşdıracaqdır. Yeni nəqliyyat landşaftı iqtisadi əməkdaşlığa və inkişafa kömək edəcək, bu da regional və beynəlxalq miqyasda müsbət təsiri təmin edəcək".

C.Bayramov bu yaxınlarda İtaliyanın "Ansaldo" şirkəti ilə azad edilmiş ərazilərdə elektrik enerjisi təchizatı üzər vacib razılaşmanın imzalandığını nəzərə alaraq bu müddətdə İtaliya şirkətləri üçün gələcək imkanları da qeyd edib.

Nazirin sözlərinə görə, indi Azərbaycan Vətən müharibəsindən sonra postmünaqişə dövrünə qədəm qoyub və azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlayıb: "Qlobal iqtisadiyyat ressisiya yaşadığından, Azərbaycanın başlatdığı genişmiqyaslı yenidənqurma layihələri böyüməyə təkan verə və bərpanı yaxşılaşdırmaq üçün əlavə imkanlar yarada bilər"

C.Bayramov əlavə edib ki, bu kontekstdə minaların təmizlənməsi prioritetdir: "Nəqliyyat, rabitə, enerji, mədəniyyət və tarixi abidələrin bərpası sahəsində genişmiqyaslı işlər nəzərdə tutulub. İtaliya şirkətləri bu sahələrdə geniş təcrübəyə malikdirlər. İtaliya hökuməti və şirkətləri yenidənqurma və bərpa işlərində iştirak etməkdə maraqlı olduqlarını artıq açıqlayıblar. Mümkün əməkdaşlıq sahələri müzakirə olunur".

Baxış sayı : 354
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25