2021-03-19 09:15:19 | İQTİSADİYYAT
Zəngilanda Azərbaycan - Türkiyə “Qardaşlıq bağı” salınıb

Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər edib. Füzuli rayon mərkəzinə, Cəbrayıl və Zəngilan rayonlarına səfərdə Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.

Nümayəndə heyəti əvvəlcə Füzuli rayonu ərazisində şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil və gül dəstələri düzüblər.

Səfər iştirakçıları Füzuli şəhərində dağılmış, ciddi ziyan görmüş evlərə, mülki obyektlərə baş çəkib, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi torpaqlarında törətdiyi vəhşiliklərin və vandalizmin şahidi olublar.

Daha sonra Cəbrayıl rayonunun Soltanlı kəndinə gələn nümayəndə heyəti burada səpin prosesinə hazırlıq işləri ilə tanış olublar. Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli toxumsəpən texnika vasitəsilə səpin prosesinin həyata keçirilməsi prosesini izləyiblər.

Daha sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Qardaşlıq bağı” salınıb. Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir, Ekologiya və Təbii Sərvətlər nazir Muxtar Babayev “Qardaşlıq bağı”nda meyvə tingləri əkiblər. 5 hektar sahədə yerləşən bağda ərik, alma, armud, gilas, albalı və digər meyvə tingləri əkilib. Bağda ümumilikdə 2620 ting əkini həyata keçirilib.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatdığını xatırladaraq Türkiyənin işğaldan azad edilən ərazilərdə aqrar sahənin inkişafına dəstək verəcəyini vurğulayıb: “Səfər zamanı aqrar sahənin inkişafı üçün böyük potensialın olduğunu gördük. Bu ərazilərdə əvvəllər bitkiçilik, meyvəçilik, heyvandarlıq sahəsinə önəm verilib. Burada aqrar sahənin bərpası və inkişafı, emal sənayesinin qurulması, enerjinin planlanması ilə bağlı imkanlar var. Qarabağ bölgəsində aqrar sahənin inkişafı ilə bağlı dost və qardaş Azərbaycana dəstək bundan sonra da davam etdiriləcək”.

Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov isə öz növbəsində işğaldan azad edilən ərazilərin aqrar potensialına toxunub: “İşğaldan azad edilmiş ərazilər ənənəvi olaraq taxılçılıq, bitkiçilik, meyvəçilik və heyvandarlığın inkişafına görə qabaqcıl regionlardan olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 7000 hektardan artıq sahədə əkin aparılıb. Burada yazlıq əkinlərə başlanılması da nəzərdə tutulur”.

Bildirilib ki, Türkiyə aqrar sahədə müasir texnologiyalar tətbiq edən və yüksək nəticələr əldə edən ölkələrdəndir. Azərbaycan kənd təsərrüfatı sahəsində qardaş ölkə ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. İşğaldan azad edilən ərazilərdə innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi planlaşdırılır.

Baxış sayı : 376
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11