2021-03-18 07:45:12 | SİYASƏT
Prezident İlham Əliyevin Şuşanın tez bir zamanda bərpası ilə bağlı verdiyi tapşırıqlar uğurla icra edilir

.

Azərbaycanın 44 günlük Vətən müharibəsində 30 ilə bərabər yol qət etdiyi bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini 44 gündə reallaşdıran rəşadətli Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixini yazdı. 44 günlük Vətən müharibəsi tarixi Qələbəmiz olmaqla yanaşı, həm də bir təcrübədir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bir daha diqqəti ölkəmizin dünyanın hərb tarixinə yeni səhifə yazmasına yönəldərək bildirmişdir ki, Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir.

Azərbaycan hər zaman bütün məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə səy göstərmiş, dünyaya ikili siyasətə son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar etmişdir. 1993-2020-ci illəri əhatə edən dövrün təhlili göstərir ki, ölkəmiz bu illərdə işğal altında olan torpaqlarını hərbi yolla azad etmək imkanlarına malik olsa da, münaqişənin sülh danışıqları ilə nizamlanmasında maraqlı olub və səylər göstərib. Lakin Ermənistan tərəfi atdığı addımları ilə bunun əksini nümayiş etdirib. Hətta 44 günlük İkinci Qarabağ münaqişəsinin getdiyi dövrdə Azərbaycan tərəfi hansı şərtlər əsasında müharibəni dayandırmağın mümkünlüyündən bəhs edərkən Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirdi.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov qeyd edib.

M.Həsənov bildirib ki, Ermənistan davamlı olaraq hərbi təxribatlar törətməklə, cəbhə xəttindən xeyli uzaqda olan ərazilərimizi raket atəşinə tutmaqla yeni müharibə planlarını ortaya qoydu, işğalçılıq siyasətini davam etdirdi: “Mülki əhalini atəşə tutmaq böyük cinayətdir. Ermənilərin Xocalı faciəsinin davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər və sair ərazilərimizdə törətdikləri soyqırımı aktları dünyanın gözü qarşısında baş verdi. Möhtərəm Prezidentimiz Füzuli və Xocavənd rayonlarına səfərində də bu məqamı xüsusi vurğulamışdır ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, Azərbaycan müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparıb, onları məğlub edib, torpaqlarımızdan qovub. Onu da qeyd edək ki, işğalçı dövlət 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə mülki əhaliyə qarşı təcavüz, terrorlar həyata keçirib. Ermənistan ordusunun 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə mülki əhalini hədəfə alması 100-dən çox insanın həlak olmasına səbəb oldu”.

“Möhtərəm Prezidentimiz, işğaldan azad edilmiş ərazilərimizə qalib Lider, Müzəffər Sərkərdə kimi səfər edən dövlətimizin başçısı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdıqdan sonra çıxışı zamanı bir daha ordumuzun gücünü, qüdrətini belə ifadə etmişdir ki, Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, həyata qayıdacaq, infrastruktur bərpa ediləcək, bu torpaqlarımız da malik olduqları resurslar baxımından dünyanın diqqətində olacaq, əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaranacaq, bir sözlə, bütün dünyaya xalqımızın böyüklüyünü göstərəcəyik”, - deyə M.Həsənov bildirib.

“Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi Azərbaycanla Ermənistan arasında fərqi bütün cəhətləri ilə ortaya qoydu”, - söyləyən deputat bildirib ki, Azərbaycan dövləti öz xalqına, beynəlxalq ictimaiyyətə həmişə səmimi olub, niyyət və məqsədlərini açıq şəkildə ifadə edib. Ermənistan rəhbərliyi isə bütün dövrlərdə həm beynəlxalq aləmi, həm də öz xalqını aldadıb: “Dövlətimizin başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə 30-a yaxın müsahibəsi, xalqa müraciətləri əsasında xalqımızı, beynəlxalq ictimaiyyəti bütün məsələlər barədə ətraflı məlumatlandırdı. Ermənistan rəhbərliyi isə yenə də yalanları ilə diqqətdə oldu. Bircə faktı qeyd etmək kifayətdir ki, oktyabrın 9-da Hadrut qəsəbəsi işğaldan azad edildiyi halda, Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Ermənistan rəhbərliyinin xalqını aldatmaq yolunu seçməsinin hansı ağır fəsadlara yol açdığı işğalçı dövlətin hazırkı vəziyyətində öz aydın ifadəsini tapıb”.

Deputat onu da qeyd edib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev martın 16-da ilaxır çərşənbədə Qarabağın ürəyi olan Şuşamızı növbəti dəfə ziyarət edib: “Möhtərəm Prezidentimiz Şuşanın tez bir zamanda bərpa olunaraq əvvəlkindən də diqqətçəkən görkəmin alması istiqamətində verdiyi tapşırıqlar uğurla icra edilir. Dövlətimizin başçısı hər bir tapşırığın icrası ilə yaxından tanış olmaq üçün bu ərazilərimizə səfər edir. Prezident İlham Əliyev Şuşa şəhərində olarkən Vaqifin məqbərəsində tezliklə bərpa işlərinin başlanacağını, məqbərənin əvvəlki görkəminin bərpa ediləcəyini, layihəni Heydər Əliyev Fondunun öz vəsaiti hesabına, fonda məxsus zövqlə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra ediləcəyini bildirib. Bir daha vurğulanıb ki, tarix bərpa edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərləri, eyni zamanda, mənfur düşmənə və 30 ilə yaxın müddətdə ona havadarlıq edənlərə bu mesajı ünvanlayır ki, torpaqlarımız öz tarixi sahibindədir”.

Baxış sayı : 276
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03