2021-03-17 11:25:18 | CƏMİYYƏT
İnformasiya müharibəsinə təsir göstərən amillər

Ermənistanın təxribatçı əməllərinə və işğalçılıq siyasətinə cavab olaraq ötən ilin sentyabrin 27-də başlayan II Qarabağ müharibəsi Azərbaycan Ordusunun düşmənə layiqli cavabı hər bir azərbaycanlıda ruh yüksəkliyi yaratdı.

44 günlük müharibə dünyaya ciddi mesajlar verdi, Azərbaycan Ordusunun tarixi qələbəsi müasir hərb tarixində yeni bir mərhələ açdı. Bu da uzun illər dünyada mövcud olan ədalətsizlik sindromuna son qoydu. Beynəlxalq hüquqda geniş təsbit edilən, təəssüf ki, uzun müddət kağız üzərində qalan ədalət, ümumbəşəri hüquqi prinsiplər yalnız Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində öz yerini tapdı.

Bu gün geosiyasi proseslərin davamı olaraq Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından informasiya müharibəsində aktivliyin artırılması, böyük təhdidlərin qarşısının alınması zəruridir. Postmüharibə dövründə ortalığa çıxa biləcək təzyiqlərin dəf edilməsi kontektistində məntiqli informasiya müharibəsi əhəmiyyətli vasitədir. Hazırda isə savaş informasiya cəbhəsində sürətlə genişlənməkdədir. İstər müharibə dövründə, istərsə də sonrakı dönəmdə erməni mediasına nəzər saldıqda məkrli siyasətin, qıcıq yaradan, düşmənçiliyi dərinləşdirən saxta informasiyaların şahidi oluruq. Ermənistan mətbuatından fərqli olaraq bu, informasiya savaşında Azərbaycan mediası yalnız ədalətli mövqe nümayiş etdirir, həqiqəti yazır.

İnformasiya müharibəsinə təsir göstərən bəzi məqamlara nəzər salmaq istərdim. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə bütün səfərləri informasiya müharibəsinin gedişində həlledici faktordur. Erməni zülmdən qurtulan torpaqlarımızdakı real vəziyyəti dünya ictimayyəti məhz birinci şəxsdən öyrənir, informasiyanı alır. Bu çox önəmlidir. Dünyada belədir ki, birinci şəxsin verdiyi informasiyaya daha çox inanılır və qəbul edilir.

Bu baxımdan Azərbaycan Prezidentinin düşməndən azad olunmuş Qarabağa səfərləri informasiya savaşında əhəmiyyətli hadisədir. Bundan əlavə ötən il müharibənin gedişi dövtündə Prezidentin 30-a yaxın xarici telekanallara müsahibəsi və həmin söhbətlər zamanı özünü müstəntiq kimi aparan bəzi əcnəbi jurnalistlərə ustad dərsi keçməsi informasiya müharibəsində həlledici amil oldu. Azərbaycan Prezidenti İlham Əliyevin müsahibələrində, işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı səsləndirdiyi fikirlər dünyanın çox tanınmış media quruluşlarının, televiziyalarının əsas xəbərinə çevrildi. Bu faktorlar dünyada oturuşmuş saxta erməni mifinin, həqiqətdən uzaq təbliğatlarının dağılmasını sürətləndirdi.

Nəhayət Bakıda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrinin, səfirlərin, ötən həftə isə Azərbaycanın QHT, media rəhbərlərinin işğaldan azad olunmuş Ağdama səfərləri informasiya müharibəsinin tərkib hisssəsidir. Mənə elə gəlir ki, bu səfərlər “getdim, gördüm, kövrəldim, ağladım” fikri ilə bitməməlidir. Yəni yaradıcı insan bununla missiyasını bitirmiş hesab etməməlidir. Yaradıcı insanlar burada intellektual yanaşma sərgiləməlidir. Çünki Ağdamın və digər ərazilərin görüntüləri peşəkar rejissor, ssenarist, jurnalist və digər sənət sahibi üçün fərqli bir mənzərə, yeni yanaşma məkanı olmalıdır.

Bundan əlavə informasiya savaşında bəzi təbliğat üsullarını korrektə etməliyik. Azərbaycanla bağlı həqiqətləri geniş auditoriyaya çatdırmaq üçün çox mükəmməl innovativ vasitələrin tətbiqi üzərində düşünməliyik. Vətən müharibəsi bir çox həqiqətləri bir daha təsdiqlədi.

Ali Baş Komandanın başçılığı, Ordumuzun rəşadəti nəticəsində qazanılan bu tarixi qələbə 44 günlük müharibənin həqiqət anıdır. Bu həqiqət anında biz nə qədər qəhrəmanlarımızı tanıdıq. Bəzi dostlarımızın, yaxınlarımızın övladları bu döyüşlərdə böyük igidliklər göstərdi, Şəhidlik zirvəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən onların keçdiyi bu döyüş yoluna nəzər salanda, valideynləri ilə söhbət edən zaman heyrətləndim, qürurlandım. Belə möhtəşəm döyüş səhnələrini yalnız kinofilmlərdə görmək mümkün idi. Silahlı Qüvvələrimiz bunu döyüş meydanında nümayiş etdirdi.

Düşünürəm Azərbaycan mediası, incəsənət adamları zəfər tarixindən yararlanıb oxuculara möhtəşəm əsərlər, yeni ədəbiyyat nümənələri təqdim edəcəklər. Bu həm informasiya savaşında, həm də müharibə ədəbiyyatının, filmlərinin yaranmasında yeni mərhələ olacaq.

Əkrəm Bəydəmirli

Baxış sayı : 771
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11