2021-03-15 11:10:21 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistanın gələcəkdə dövlət kimi varlığının şərti

2020-ci ilin sonunda ölkəmiz dünya hərb tarixində yeni eranın başlanğıcını qoyaraq bölgənin indiyə qədərki geosiyasi, hərbi konfiqurasiyanı dağıtdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin başçılığı ilə 44 günlük müharibədə Azərbaycanın Ermənistan və onun havadarları üzərindəki qalibiyyəti bütün dünyada ciddi maraq obyektidir.

Bu dəfə Rusiyanın “Arqumentı i faktı” qəzeti İrəvandan reportaj dərc edib. Reportajda Rusiyanın “Arqumentı i faktı” qəzetinin əməkdaşı Georgi Zotov İrəvanda jurnalist araşdırması nəticəsində təəssüratlarını qələmə alıb. Rus müxbir ilə müsahibədə erməni döyüşçülər 44 günlük müharibədəki məğlubiyyətdə Ermənistanın indiki və keçmiş hakimiyyətlərini günahlandıraraq onları rüsvay ediblər. Payızda Azərbaycan və Ermənistan arasında baş verən müharibədə iştirak edən döyüşçülər etiraf edirlər ki, bu dövlətin liderləri münaqişə ilə bağlı xalqı aldatdıqları zaman, Azərbaycan ciddi şəkildə müharibəyə hazırlaşırdı. Nəticədə Azərbaycan ordusu ermənilərə Qarabağda göz açmağa imkan vermədi. Ermənistan ordusunun keçmiş kapitanı Suren Ter-Qukasyan etiraf edərək bildirir ki, “Biz axmaqlıq etdik. Ermənistan cəmiyyətində əsassız lovğalıq, təkəbbür hissləri üstünlük təşkil edirdi. Əvvəlki müharibədə Azərbaycan döyüşçülərini sürətlə darmadağın etməyimiz, onların qaçmağa məcbur olması bizdə eyforiya yaratmışdı. Onları məsxərəyə qoyaraq deyirdilər: “Məgər azərbaycanlılar vuruşmağı bacarır? İrəli gəlsələr, biz Bakıya qədər gedəcəyik!”. Sözün qısası, bu məsxərələr bizə çox baha başa gəldi”.

Müharibədə Azərbaycan ordusunun uğuruna toxunan rus müxbir Georgi Zotov yazır kı, Ermənistandakı yalançı illuziyalardan fərqli olaraq “Azərbaycanda Qarabağa qayıtmaq məsələsi milli ideyaya çevrilmişdi”. O əlavə edərək qeyd edir ki, “Ermənilər illər boyu Azərbaycanın bahalı, müasir silahlar almasını müşahidə edir və inanırdılar ki, Azərbaycan erməniləri yalnız qorxutmaq istəyir. Ermənilər düşmən tərəfi alçaldır, onu lağa qoyub gülürdülər: “Onlar qorxaqdır, cəsarət etməzlər”.

Georgi Zotov məqaləsində yazır ki, İrəvanda hərbçilərin çoxu ilə söhbətdə ordudakı hərc – mərclik və xaos haqqında fikirləri eşidirdi: “Ermənistan on minlərlə əsgər toplamışdı, amma sonra nə etmək lazım olduğunu bilmirdi, çünki qoşunları cəbhəyə çatdırmaq fürsəti əldən verilmişdi. Daha bir məqamı qeyd etməliyəm – döyüş əməliyyatları zonasında intizam məsələsi. Bu məqalənin lap əvvəlində söhbət etdiyim könüllü heç nəyi gizlətmir: o, ön xətdə postda əyləşib konyak içir. Aydındır ki, müharibə vaxtı bəzən elə vəziyyət yaranır ki, alkoqollu içkisiz ötüşmək olmur (mən özüm “cəbhə” ezamiyyətlərində onlarca dəfə olmuşam), Böyük Vətən müharibəsini və o dövr üçün məşhur “narkom 100 qramı” məsələsini yada salaq. Lakin “cəsarət” üçün içmək müntəzəm hal alanda sözdə cəsarət həddən artıq olsa da, ayıq başla mühakimə yürütmək və vəziyyətə çevik reaksiya vermək qabiliyyəti sıfıra enir. Separatist dəstələrin əsgəri Araik Xaçikyan etiraf edir: “Bizim döyüş mövqelərində hətta zabitlər də artıqlaması ilə içirdilər. Axı qorxuludur. Mən özüm səhərdən yaxşıca içirdim, yoxsa pilotsuz uçuş aparatlarının partlayış səsini eşidəndə adamın əsəbləri tab gətirməz. Hətta belə şayiələr gəzirdi ki, bir nəfər yüksək vəzifəli erməni siyasətçi sərxoş vəziyyətdə generallara zəng vurur və onlardan dərhal bu və ya digər kəndə hücuma keçmələrini tələb edirmiş”. Xaçikyanın dediyinə görə, komandirlər çox vaxt rəhbərliyin sərəncamına əsla əhəmiyyət vermir və özləri bildikləri kimi hərəkət edirdilər. Bir sözlə, özbaşınalıq baş alıb gedirdi”.

Zotovun araşdırması nəticəsində gəldiyi qənaət və erməni hərbçilərin etirafları Azərbaycan rəhbərliyinin bu illər ərzində dəfələrlə Ermənistan ordusunda hərc-mərclik və xaosun davam etdiyi barədə fikirləri ilə üst-üstə düşür. Bu illər ərzində havadarlarının hesabına torpaqlarımızı əsarət altında saxlayan Ermənistan Respublikası müstəqillik illərində dövlət kimi formalaşa bilməməsini sübut etmiş oldu.

Məqalənin sonunda, Zotov Azərbaycanın ən müasir standartlara malik olan və 44 gün ərzində erməniləri diz çökdürən ordusunu misal gətirərək, qeyd edir ki, Qarabağdakı müharibə Rusiya üçün yaxşı dərs olmalıdır. “Postsovet məkanındakı növbəti müharibə Rusiya üçün yaxşı dərs oldu. Bəli, indi doxsanıncı illər deyil və Rusiya ordusunda nizam-intizam məsələsində problemi yoxdur və cəsarətdə də hər şey qaydasındadır. Ancaq, təəssüf ki, yuxarıda dediyim kimi, müasir şəraitdə cəsarətlə uzağa gedə bilməzsən. Elektron idarəsi olan ən son Türkiyə PUA-larının uğurlu istifadəsi müharibəni aparmaq metodlarının bu günlərdə çox sürətlə dəyişdiyini nümayiş etdirib. Ümid edirəm ki, Rusiyada yaxın zamanda Türkiyə dronları keyfiyyətində PUA istehsalına başlayacaqlar. Çünki heç də bütün qonşularla yaxşı münasibətdə deyilik, sürprizlərə hazır olmalıyıq. Hələ-hələ "papağı göyə atma" ilə ümumiyyətlə məşğul olmaq lazım deyil. Bu, Ermənistana kömək etmədi”.

“Arqumenti i faktı” qəzetində nəşr edilən bu məqalə günümüzdə bu ölkənin cəmiyyəti üçün xüsusi aktuallıq təşkil etməlidir. Ermənistan vətəndaşları anlamalıdırlar ki, indi onlar üçün tarixi məqam və tarixi şansdır. Formalaşmamış erməni dövlətinin bundan sonrakı varlığı yalnız və yalnız Azərbaycanla münasibətlərdən asılı olacaq.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri

Baxış sayı : 409
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11