2021-03-10 13:35:23 | CƏMİYYƏT
Ermənistanda yaşanan təlatümlərin səbəbi nədir?

Layihə çərçivəsində təxminən 2013-14-cü illərdə ermənilərə məxsus 50-yə yaxın internet saytının monitorinqini aparmışdıq.

Bu araşdırmanın əsas məqsədi ermənilərin internet məkanında Azərbaycanın və türk dünyasının əleyhinə həyata keçirdikləri təxribatları aşkarlamaq olub. Monitorinqə ermənilərə məxsus gündəlik xəbər portalları ilə bərabər birbaşa saxta təbliğat məqsədilə yaradılan internet resursları da daxil idi. Onu qeyd edək ki, araşdırmalar nəticəsində dəhşətli saxtakarlıqlar aşkar olundu. Əslində belə yalan məlumatlar haqqında həmişə danışılıb, yazılıb. Hələ o zaman bəlkə də ermənilərin bu yazılarını ciddi qəbul etməyərək əhəmiyyət verməmək olardı. Ancaq heç bir sərhəd tanımayan internetdən dünyanın hər bir yerində istifadə edilir. Ermənilərin çox hiyləgərcəsinə yaydığı bu saxta məlumatlardan görün, nə qədər əcnəbi vətəndaş Azərbaycan haqqında səhv informasiyalar əldə edır.

Bir maraqlı məqamı müşahidə etdik ki, ermənilərə məxsus nisbətən neytral mövqeyi olan internet mediasının özündə də qərəzçilik daha kəskin şəkildə müşahidə olunurdu. Biz o zaman dostlarımızla müzakirələrdə düşünürdük əndazəyə sığmayan tarixi saxtakarlığa meylli olan, antitürk mövqeyinə köklənən erməni toplumu ilə eyni bölgədə necə yaşamaq olar? Qara siyasətlərini kilsələrdə formalaşdıran, mətbuatı, internet resursları düşmənçilik püskürən erməni toplumun aqibəti əslində indiki kimi, olmalı idi.Bu reallıqdır.

Havadarlarının köməyi ilə son iki əsrdə hər zaman Azərbaycan torpaqlarını işğal edərək özlərinə dövlət quran və bu işğaldan daha da iştaha gələn bir xəstə toplum indi işğal etdikləri Azərbaycan ərazilərinin müəyyən hissəsini itirən zaman dəli olmaq dərəcəsinə gəlib. Bu məğlubiyyəti həzm edə bilməyən erməni toplumu və onun cinayətkar liderləri bu vaxta qədər dərk etmir ki, bu, torpaqlar öz sahiblərinə qayıdıb.

Bu gün Ermənistanda yaşanan təlatümlərin səbəbi tarixi və mövcud gerçəyi, həmçinin öz layiq olduqları məğlubiyyətlərini həzm edə bilməmələridir. Məğlubiyyətin acısı intiharlara və yollar açılan kimi Ermənistanı kütləvi tərk etmə kampaniyasına təkan verəcək. Bəlkə Ümumdünya Səhiyyə Təşkilatı erməni xəstəliyini sağaltmaq məqsədilə yeni peyvəndlərin hazırlanması üzərində düşünsün. Ancaq peyvənd burada bir işə yaramaycaq. Yalnız davamlı dəmir yumruq yetərlidir.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1533
Mətbuat Şurasının yeni sədri: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq” Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI