2020-11-25 09:50:20 | CƏMİYYƏT
Tarix kitabları yenilənəcək

"Azərbaycan hər gün yeni zəfərlərə imza atır. Zamanın nəbzini tutan Prezident İlham Əliyev yürütdüyü siyasəti ilə dövlətimizi daim zirvələrə qaldırır, xalqımızın rifahını yüksəldir. Bütün atılan və verilən qərarlar daim millətimizin mənafeyi nəzərə alınaraq atılır. Ermənistanın faşizm üzərində qurulmuş siyasəti bizim dövlətin gücü və qüdrəti qarşısında uzun müddət davam gətirə bilmədi".

Fact-info.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O vurğulayıb ki, Azərbaycan ordusu daim öz sözünü deyir:

"Biz millət olaraq 44 günlük savaşda hamımız yumruq kimi müzəffər Ali Baş Komandanın, Prezident İlham Əliyevin ətrafında sıx birləşdik. Sanki xalqımız üzük, Prezident isə onun qaşı oldu. Belə dövlətin sarsılmaz şücaəti ilə də torpaqlarımız geri qaytarıldı. Rəşadətli Azərbaycan əsgərinin əzmi, döyüş ruhu çox yüksək olmaqla ali dərəcəyə yüksəldi. Şuşa alınmaz qala kimi görünsə də, cəngavərlərimiz caynaqları ilə cırmaqlayaraq torpağı geri aldılar, Şuşanı geri qaytardılar. Bəli Şuşa! Şuşanın geri qaytarılması özü bir tarixdir. Çünki bu döyüşdə əsl tarix yazılmışdır. Şuşanın necə geri alınması hər kəsə məlumdur. Əlbəyaxa döyüşlər, qanlı savaş hər şeyi göz özünə sərir. Bizim igidlər vəhşi azğın ermənini iti qovan kimi qovub çıxardılar yurdumuzdan. Bu əzm, bu ruh yüksəkliyi, döyüş istəyi bizə Qarabağın işğalından bəri yoldaşlıq edir. Gün gözləyirdik, Prezidentimizin bu əmrini istəyirdik ki, bizim olanı geri alaq".

Deputat bildirib ki,bütün dünya bizim haqq savaşında Azərbaycanın ədalətli qələbəsinin şahidi olub:

"Artıq bütün ölkələr bildi ki Azərbaycan öz sözünü hər bir şəraitdə istər siyasi istər hərb meydanında deməyə qadirdir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni hərbi texnikalar alınmaqla ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, döyüş qabiliyyəti yüksəldi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Hərbi xərclərin artırılması ilə sürətlənən ordu quruculuğu prosesini Azərbaycanın bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. Bu dövrdə xüsusilə cənab Prezidentimizin əzmkar duruşu, qətiyyəti hər kəsi bir daha valeh etdi. O bütün siyasi təzyiqlərə sinə gərərək, bizi üzüağ olaraq beynəlxalq arenada tanıtdı. Səlist danışıqı, hazır cavabları ilə cənab qarşısında olanlara dərs keçdi. Sübut etdi ki, Azərbaycanın hər bir vətəndaşı, istər sıravi insan, istərsə də Prezidenti hamımız birik. Biz bir olduqca qələbə bizimlədir. Hər zaman Azərbaycan xalqı Prezidentimizin yanındadır, ona dayaqdır. Vətən müharibəsindəki qələbəmiz illərlə, əsrlərlə danışılacaq. Tarix kitabları yenilənəcək. Biz fəxr edirik belə şanlı dövlətin, qeyrətli vətəndaşı olduğumuz üçün. Gənc nəsillərin bu günləri görməsi, yaşaması böyük fəxr və qürur vericidir. Artıq biz gənc nəsilə bizim şanlı qələbəmizi danışacaq, necə qüdrətli dövlətimiz, müzəffər sərkərdəmiz və ordumuzun olmasından bəhs edəcəyik".

Baxış sayı : 547
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42