2020-11-04 09:30:28 | CƏMİYYƏT
Gerçəkdən zaman ən vicdanlı hakimdir

1992-93- illərdə torpaqlarımız işğal olunan zaman ürəyimizdə dərin çatlar yaranırdı. Bu gün torpaqlarımızın işğaldan azad olunması xəbəri ürəyimizdəki həmin çatların, nisgilin məlhəmi oldu.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun tarix yazması hər birimizi qürurlandırır və ruhumuza rahatlıq gətirir. Ancaq bu, rahatlıq, qələbələrimiz bizi arxayın salmamalıdır.

Döyüş meydanında uduzan düşmən digər məkanlarda öz qara niyyətini açıb göstərəcək. Yenə məkrli siyasətini həyata keçirəcək. Bu vaxta qədər hərbi cinayətkarların cəzasız qalması münaqişənin ömrünü uzatmışdı. Hadisələrin gedişatını izləyəndə bu qənaətə gəlmək olar ki, dinc azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələrinə görə, hər bir erməni törətdiyi əməlinə görə, hüquqi müstəvidə cavab verməlidir.

Bəzən düşünürük II dünya müharibəsində hərbi cinayətlərdə ittiham olunan şəxslər Dağlıq Qarabağda, Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törədən ermənilərdən daha mərhəmətli olublar. Sarkisyanın, Koçaryanın və digər ermənilərin Xocalıda törətdiyi soyqırımları, son hadisələr zamanı dinc azərbaycanlılara qarşı Gəncədə, Bərdədə və digər yaşayış məntəqələrimizdə Ermənistanın həyata keçirdiyi terror aktlarını görəndə bu qənaətə gəlmək olar ki, Adolf Hitler bunların yanında məsumdur.

Xocalı soyqırımında, ümumilikdə Dağlıq Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. Vaxtılə İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.

Məgər bu və digər sənədlər, girovluqdan, erməni əsirliyindən əziyyət çəkən saysız-hesabsız azərbaycanlı canlı şahidlərin verdiyi məlumatlar və həmçinin son hadisələr zamanı dinc azərbaycanlılara qarşı Gəncədə, Bərdədə və digər yaşayış məntəqələrimizdə törədilən qətllər beynəlxalq məhkəmə üçün sübut deyilmi? Təbii ki, bu faktlar beynəlxalq tribunalın müzakirə predmetinə çevirilməlidir.

Digər bir məqama nəzər salmaq istərdim. İşğaldan azad olunmuş ərazilərimizdəki itki və təlafatların yenidən araraşdırılıb, qiymətləndirilməsinə ciddi işlər var.

Birincisi, işğal olunan rayonlarla bağlı hər biri haqqında ayrıca araşdırmalar aparılmalıdır. Bu istiqamətdə aparılacaq tədqiqatlarla beynəlxalq təşkilatların diqqətini çox məntiqli, inandırıcı faktlara yönəltmək mümkündür.

Ikincisi, bu araşdırmalar faktları ortaya çıxarmaqla, ictimaiyyətə təqdim etməklə iş bitməməlidir. Vurulan ziyana görə məcburi köçkünlərə kompensasiyaların ödənilməsi məsələsini gündəmə gətirmək lazımdır. Bunun üçün beynəlxalq hüquqda kifayət qədər mexanizmlər var.

Üçüncüsü, münaqişə dövründə insan hüquqları ilə bağlı, insan faktoruna dəyən ziyanla əlaqədər bəzi ölkələrin təcrübəsini öyrənməyə zərurət var. Çünki bu sahədə araşdırma apararkən cəlbedici metodologiyalara rast gəlmək mümkündür.

Dördüncüsü, Ermənistanın törətdiyi təcavüz aktları, hərbi təxribatlar nəticəsində həm insanlıq əleyhinə, həm də müharibə cinayətlərinin şahidiyik. Ona görə də Azərbaycanın dövlət qurumları hər biri ayrı ayrılıqda öz sahələri üzrə Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablamalıdır. Artıq Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və Avropa İnsan Haqları Məhkəməsinə bu məsələlərlə bağlı müraciət edilib.

Nəhayət “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar Ermənistanın kasetli silahlardan istifadə etdiyini öz hesabatlarında qeyd ediblər. Kasetli silahlardan istifadənin qadağası ilə bağlı konvensiya 10 ildən artıqdır dünyada qüvvədədir və Ermənistan bu konvensiyanın müddəalarını pozur. Ermənistan qadağan olunmuş silahlardan istifadə edərək Azərbaycana qarşı təcavüzünü davam etdirir. Bütün bu amillər bizim beynəlxalq hüquq müstəvisində fəaliyyətimizə dəstək olacaq.

Gerçəkdən zaman ən vicdanlı hakimdir, Hərbi cinayət törədənlərin vaxtında məsuliyyətə cəlb olunması sabitliyi və ədalətli sülhü təmin edəcək. Mən əminəm ki, bir gün gələcək ermənilər bütün cinayətlərinə görə, beynəlxalq tribunalın qarşısında cavab verəcəklər. Müharibə cinayətləri, bu cinayətlərin birbaşa günahkarları sivil dünyaya, regiona təhdiddir. Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir. Deməli, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1077
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42