2015-12-25 21:35:31 | AKTUAL
ATU Tədris Terapevtik Klinikası

Klinikanın 5 illik fəaliyyətinə həsr olunan iclas keçirildi

Klinikanın direktoru professor Surxay Musayev hər kəsi salamlayaq iclasın Klinikanın 5 illik fəaliyyətinə baxış məqsədi daşıdığını söylədi. Direktor öncə II Daxili Xəstəliklər Kafedrasının müdiri, professor Vəsadət Əzizovu anadan olmasının 60 illiyi münasibətilə kollektiv adından təbrik etdi. Daha sonra məruzə ilə çıxış edən S.Musayev 2010-cu ilin Oktyabr ayının 1-də ölkə başçısı, cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Klinikanın təntənəli açılış mərasiminin keçirildiyini söylədi. 5 il ərzində bir çox uğurlara imza atıldığını söyləyən direktor bu işdə peşəkar və savadlı kollektivin rolunu xüsusi vurğuladı. S.Musayev qarşıya qoyulmuş bir çox məqsədlərə nail olunduğunu lakin görüləcək işlərin də hələ çox olduğunu vurğuladı.
Daha sonra çıxış edən kafedra müdirlərindən professor Əlihüseyn Hidayətov, professor Amaliya Əyyubova, professor İsfəndiyar İsmayılov, Ürək-Damar mərkəzinin rəhbəri dosent Fərid Əliyev Klinikanın 5 il ərzində inkişaf edərək ən müasir standartlara cavab verən bir mərkəzə çevrildiyini vurğuladılar.
Tibb Universitetinin tədris işləri üzrə prorektoru professor Sabir Əliyev Klinikada müalicə işlərinin ən müasir standart və protokollara uyğun aparıldığını, görülən işlər barədə ictimaiyyətin daha ətraflı məlumatlandırılmasının vacibliyini vurğuladı, qazanılmış təcrübənin tədris prosesinə tətbiqi istiqamətində müvafiq tövsiyələrini verdi.
Sonda professor Surxay Musayev hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik etdi, kollektivə yeni uğurlar arzuladı.
Toplantıda kollektivə özündə Klinikanın simvollarını əks etdirən hədiyyələr də təqdim olundu.

 

 

Baxış sayı : 2184
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım edib "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb Erməni vandalizminin Kələxana “etüdləri” Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi” Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı" - Ərdoğan Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib Ermənilər Laçını yandırırlar - 30 il öncə də, indi də.. Erməni Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdi Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”