2015-12-25 09:25:53 | AKTUAL
Əflatun Amaşov: “Sorğuya cavab verilməyəndə, jurnalistlər hansı addımı atmaq lazım olduğunu bilməlidirlər”

"Jurnalistlər informasiya əldə edərkən, onlara heç bir maneə olmamalıdır”

Bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov İnzibati Xətalar Məcəllədə jurnalistlərin sorğusu ilə bağlı məsələni şərh edərkən deyib.

 “Kütləvi informasiya vasitələri haqqında” qanunda jurnalist fəaliyyətinə maneə ilə bağlı xüsusi maddə var. O maddədə göstərilir ki, jurnalistlər senzuraya məruz qala bilməzlər və jurnalist fəaliyyətinə maneə oluna bilməz”, - deyə o vurğulayıb.

 Cinayət Məcəlləsində də bu məsələlərə rast gəldiyini deyən deyən Ə. Amaşov qeyd edib ki, əgər jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə maneələr olursa, maneə törədən tərəf cərimə oluna və inzibati cəzalara məruz qala bilər: “Əgər doğrudan da qarşı tərəf vəzifəli şəxsdirsə və jurnalistin peşə fəaliyyətinə maneçilik törədirsə, o, cərimə ilə yanaşı, 1 il azadlıqdan da məhrum oluna bilər. Cərimələrlə bağlı dediyiniz məsələyə gəlincə, o, bundan əvvəlki qanunvericilikdə var idi. Ancaq indi gördüyünüz kimi həmin cərimələrin həcmi artırıldı. Jurnalistin sorğularının hansı müddətdə cavablandırılması məsələsi isə "İnformasiya əldə etmək haqqında" qanunda da öz əksini tapıb. Əgər qanunvericilikdə göstərilən müddəalar pozularsa, qarşı tərəf cəzalana bilər. Sorğuya cavab verilməyəndə, jurnalistlər də fəal olmalı, hansı addımı atmaq lazım olduğunu bilməlidirlər. Bütün bunlar Azərbaycan qanunvericiliyində birmənalı qaydada öz əksini tapır".

 Qeyd edək ki, Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunur. Yeni hazırlanmış İnzibati Xətalar Məcəllənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək. Maddənin ikinci hissəsində isə bildirilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur. Hazırda qüvvədə olan məcəlləyə görə isə bu cərimələr müvafiq olaraq 40 manatdan 70 manata qədər və 60 manatdan 90 manata qədərdir.(APA)

Baxış sayı : 1994
Azərbaycan Milli QHT Forumu X Qurultayı ilə əlaqədar tədbirlər davam edir Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur - Video Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq "Dastana dönən şəhid" filminin təqdimatı olub YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: “Bərpa” vandalizm aktı idi (ikinci yazı) Türkiyə ilə Ukrayna arasında mühüm saziş imzalandı “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb