2020-10-07 11:25:52 | CƏMİYYƏT
"Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib"

.

1992-1993-cü illərdə Dağlıq Qarabağ ərazisi və Azərbaycanın 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, yəni Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edildikdən sonra bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ regionu dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının yaşadığı ərazidir. Erməni saxtakarlarının özəlləşdirməyə çalışdığı Qarabağ ərazisi paleolit dövrünün Quruçay, sonrakı Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir:

“Mənbələr və tədqiqatlarda bildirilir ki, antik dövrdə Qarabağ ərazisi Albaniyanın tərkibində ən iri vilayətləri əhatə etmişdi. Qaynaqlar Qarabağ bölgəsinin tayfalarının alban-türk mənşəli olmasını təsdiq edir. Lakin ermənilər ərazilərimizi işğal etdikdən sonra abidələrimiz dağıdılıb yer üzündən silindi, alban xristian abidələri isə tamamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində saxlanmış Alban hökmdarı III Vaçaqanın qəbri və sovməsindəki yazı tamamilə məhv edildi. Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən sildilər. Muzeylərimizi dağıtdılar. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər”.

Q.Hacıyev əlavə edib ki, ermənilər Qarabağ bölgəsindən külli miqdarda muzey eksponatlarını Ermənistana aparıblar.

Tarixçinin sözlərinə görə, ərazilərimizi işğal etdikdən sonra vaxtilə ermənilər Qarabağ ərazisində planlı şəkildə gizlində həyata keçirdikləri saxtakarlığı aşkar icra etmək üçün “geniş imkan” əldə etdilər. Azərbaycanın Qarabağ bölgəsinin tarixi abidələrinin şəkillərini kitab və jurnallarda erməni abidələri adı altında dünya ölkələrinə yayırlar.

Baxış sayı : 437
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05